Mourinyo "Mançester Yunayted"lə müqaviləsini 2020-ci ilədək uzadıb

mourinyoPortuqaliyalı mütəxəssis Joze Mourinyo İngiltərənin "Mançester Yunayted" futbol klubu ilə müqaviləsini 2020-ci ilədək uzadıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

54 yaşlı mütəxəssislə 2020-ci ilədək uzadılan müqavilənin müddəti daha bir il də artırıla bilər.

"Fəxr edirəm ki, "Mançester Yunayted"in məsqçisiyəm. Biz yüksək standartlar müəyyənləşdirmişik. Bir mövsümə 3 uğur qazandıq. Hesab edirəm, bu kimi yüksək məqsədlərə can atmağımızı davam etdirəcəyik", - deyə o bildirib.

J. Mourinyo 2016-cı ildə "Mançester Yunayted"in məşqçisi olub. Bundan əvvəl o, "Çelsi", İspaniyanın "Real" və "Barselona", İtaliyanın "İnter", Portuqaliyanın "Portu", "Benfika" və "Sportinq" klublarında çalşıb. Onun baş məşqçiliyi dövründə "Mançester Yunayted" İngiltərə liqa kuboku, Avropa Liqası və İngiltərə Superkubokuna yiyələnib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar