KÜNCƏ SIXILMIŞ VƏHŞİ - Rusiya iqtisadiyyatı yenidən uçurum qarşısında!

“Associated Press” agentliyinin məlumatına görə, Donald Tramp Ukraynaya ölümsaçan silahların tədarükü ilə bağlı planı təsdiq edib. Bəzi analitiklər hesab edirlər ki, Tramp tərəfindən atılmış bu addım ABŞ iqtisadiyyatının Obama dövründəki vəziyyətdə olduğu səviyyədən fərlənmədiyini göstərir. Faktiki baxımdan ABŞ-ın indiki prezidentinin bütün fəaliyyəti Amerikan iqtisadiyyatının güclənməsinə yönəlib və onun atdığı addımların hamısı iqtisadiyyata fayda gətirmək üçündür.

Neft-dollarlar üzrə mütəxəssis “BW Chinese”-ə bildirib ki, 2018-ci ildə Tramp Rusiya iqtisadiyyatının dayanıqlığını yoxlayacaq. ABŞ, şist neftinin ixracını artırmağa və neft-dollar sistemini inkişaf etdirməyə çalışır. Lakin keçən ay Rusiya və OPEK neft hasilatının azaldılması ilə bağlı müqavilənin uzadılmasında razılığa gəliblər. Neft hasil edən digər ölkələr də buna səssiz razılıqlarını bildiriblər.

Bütün bunlar ABŞ-ın maraqlarına uyğun gəlmir, axı neft hasil edən ölkələrin konsensusa gəlməsi, neftin ixracı və onun paylaşdırılması məsələsində Amerikanın gücünün zəiflədilməsi deməkdir. Həm də unutmayaq ki, Rusiya başda olmaqla əksər dövlətlər neft-dollar sistemindən yaxa qurtarmağa cəhdlər göstərirlər. Bildiyimiz kimi, neftin qiymətinin dəyərləndirilməsi və satışı yalnız dollarla həyata keçirilir.

Buna əlavə İran və Venesuela yağın üzərinə od tökürlər ki, bu da öz növbəsində neft-dolların mövqeyini laxladır. Ancaq neft-dollardan sürətlə yaxa qurtarmaq elə də asan iş deyil. ABŞ-ın nöqteyi-nəzərinə görə istənilən sakitliyə yalnız Rusiyaya iqtisadi sanksiyalar tətbiq etmək və ya onu taqətdən salmaq yoluyla nail olmaq mümkündür.

Məhz buna görə də, Tramp Ukraynanı cilovlamaq və onu Rusiya Federasiyasına qarşı istifadə etmək qərarına gəlib. Rusiyanın Yaxın Şərqdə kifayət qədər güclü görünməyinə baxmayaraq, onun iqtisadiyyatı Ukrayna münaqişəsi, Qərb sanksiyaları və neftin qiymətinin düşməsi üzündən çox zəifləyib.

Bu dəfə ABŞ Rusiyanı çalanın içində yaxalayır. Bu çalanı elə ABŞ-ın özü qazıb. Çünki onlar bildirirdilər ki, əgər Rusiya Ukraynaya hücum etsə, onda o, “butulkanın boğazında” qalacaq və iqtisadi sanksiyalardan uzun müddətə əziyyət çəkəcək. Nəticədə, yenicə bərpa olunmaq istəyən iqtisadiyyat məhvedici zərbə alacaq. Beləliklə, ”küncə sıxılmış vəhşi heyvan” - Rusiya iqtisadiyyatı yenidən ölüm və yaşam arasında qalır. Rusiya Amerikanın “tələsi”nə düşəcəkmi və ya “qəfəsi sındıracaqmı”?

Hər halda indi Rusiyanın öz təsir imkanları var. Düşmənə onun öz silahı ilə qalib gəlmək olar. Tramp Səudiyyə Ərəbistanın “Saudi Aramco” şirkətinin Nyu-York birjasında “İPO” (səhmlərin açıq satışı) həyəta keçirməsini istəyir. Bu ABŞ üçün çox mühümdür. Lakin səudiyyəlilər Hon-Konq ilə London arasında tərəddüd edərək, gözləmə mövqeyi tuturlar. Həmçinin, onlar misli görünməmiş iqtisadi islahatlar aparırlar.

Səudiyyə Ərəbistanı Yaxın Şərqdə çox kövrək vəziyyətlə qarşı-qarşıyadır. Burada istənilən anda tərəflər arasında mübarizə başlaya bilər və ona görə də, neftin qiymətinin sabit qalması Səudiyyə Ərəbistanı üçün vacibdir.

Məhz buna görə də, neft hasilatının azaldılması ilə bağlı keçən ilin noyabrında OPEK arasında bağlanmış müqavilə Rusiyaya qarşı yaxşı münasibətin ifadəsidir. Çünki əgər Rusiya vaxtından öncə müqavilədən çıxarsa, onda neftin qiymətindəki sabitlik pozula bilər və Yaxın Şərqdəki vəziyyətdən yorulmuş Səudiyyə Ərəbistanı bunu həll etməyə heç vaxt imkan tapa bilməz.

Hesab edək ki, Rusiya Səudiyyə Ərəbistanına təzyiq göstərəcək. Onda, birincisi - “Saudi Aramko”-nun “İPO” həyata keçirəcəyi həll olunmamış qalacaq.

İkincisi - əgər Səudiyyə Ərəbistanı dolları boykot edərsə, Amerikan maraqlarına zərbə vurulacaq. Bu cür ehtimalın yaranmasının səbəbi səudiyyəlilərin tam olaraq ABŞ tərəfə keçməməsi ilə bağlıdır. Səudiiyə Ərəbistanı özünün bütün tarixi ərzində həmişə vəziyyətdən çıxış yolu tapıb. Lakin indiki vəziyyət əvvəlkilərə qətiyyən oxşamır.

Səudiyyəlilər dəqiq bilməlidirlər ki, əgər onlar ABŞ-a doğru yan alsalar, onda nəinki Rusiya kimi neft hasil edən ölkəni incidəcəklər, həm də Çin bazarının bir hissəsini də əldən verə bilərlər. Səudiyyə Ərəbistanı həmişə yadda saxlamalıdır ki, Çin dünyanın iri xam neft alıcısıdır.

Ümumiyyətlə, amerikalılar tərəfindən Ukraynanın Rusiyaya qarşı istifadə edilməsi, iki böyük dünya dövlətinin neft-dollar ətrafında apardıqları siyasi oyunun bir parçası sayılmalıdır. ABŞ bilməlidir ki, Rusiya növbəti Venesuela olmayacaq.

Bu yaxınlarda Rusiya energetika naziri Aleksandr Novak deyib: ”OPEK və Rusiya neft hasilatının azaldılmasını çox yumşaq həyata keçirəcək və bizim başlıca məqsədimiz tələb və təklif arasında balansın bərpa edilməsidir. Biz bu nəticəni əldə etməyə çalışırıq, əgər hər şey uğurlu gedərsə, onda biz buna 2018-ci ildə nail olarıq”. Bəlkə də, bu sözlər Rusiya iqtisadiyyatının Səudiyyə Ərəbistanı başda olmaqla, OPEK ölkələrinə göndərdiyi siqnaldır.

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer söyləyib: ”Əgər siz neftə nəzarət edərsinizsə, siz dünya iqtisadiyyatını idarə edərsiniz. Əgər siz valyutaya nəzarət edərsinizsə, siz bütün dünyanı idarə edərsiniz”.

2018-ci ildə dünyanın əksər ölkələri əvvəlki kimi əsəbləşəcəkər və neft və valyuta ilə bağlı “oyun qaydaları”nı dəyişməyə çalışacaqlar.

Xatırlamaq yerinə düşər ki, Çin, Rusiya, ənənəvi olaraq nefdən asılı olan Venesuela və həmçinin də, Tailand başda olmaqla Cənubi-Şərqi Asiya ölkələri müxtəlif üsullarla dollardan yaxa qurtarmağa cəhd edirlər.

Beləliklə, neft-dolların gələcəyi qeyri-müəyyəndir.

(“BWChinese”-Çin)

Tərcümə "AzPolitika"nındır

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar