AZƏRBAYCANA 3,3 MİLYARDLIQ TƏHLÜKƏ! - London məhkəməsinin qərarı nə vəd edir? 

Rusiyanın əsas dövlət bankı olan “Sberbank” və ABŞ-ın aktivlərin idarə edilməsi ilə məşğul olan "Franklin Templeton" şirkəti London məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-yə qalib gəlib. “Report”un “New York Times”a istinadən verdiyi xəbərə görə, məhkəmə iddiası ABB-nin borcların restruktizasiyası prosesini gecikdirməsi ilə bağlı olub.

Xatırladaq ki, Azərbaycan bankı ötən ilin may ayında London Ədalət Məhkəməsinin qərarı ilə moratorium elan edilməsinə nail olub və ona borcların restrukzasiyasını bu il yanvarın 30-na qədər uzatmağa icazə verilib. Bununla belə, ABB yanvarın 18-də moratoriumun müddətinin daha yarım il uzadılmasını istəyib, bu isə əsas kreditorlardan olan “Sberbank” və “Franklin Templeton"un etirazına səbəb olub.

Qeyd edək ki, "Sberbank" indiyə qədər ABB-yə verdiyi borcdan cəmi 20 mln. dollar geri ala bilib. "Franklin Templeton"un isə Bankdan 500 mln. dollar alacağı var. Bu borc 2019-cu ilədək geri ödənilməliydi. Onların hər ikisi ötən il restrukturizasiya planının əleyhinə səs verib.

“Reuters” isə xəbər verir ki, Bankın kreditorlara təklif etdiyi diskont borcun kateqoriyasından asılı olaraq 3, 20 və 50 faiz təşkil edirdi. “Sberbank”a yaxın mənbə “Reuters”ə bildirib ki, onlar ikinci kateqoriyaya salınıb. Yəni bank Azərbaycan Beynəlxalq Bankına verdiyi borcun 20 faizinin silinməsi ilə razılaşmalıydı. Lakin “Sberbank” bu şərti qəbul etməyib.

Bu kreditorların hər ikisi bankın restrukturizasiya planı ilə razı deyil. Onlar bildirir ki, borclu ilə münasibətləri ingilis hüququ əsasında qurulub və 1890-cu ildə London məhkəməsinin çıxardığı, “Gibbsin işi” kimi tanınan qərara əsasən ingilis hüququ əsasında nizamlanan borc digər yuridiksiyada borclunun müflisləşmə proseduru ilə bağlı silinə bilməz. London Yüksək məhkəməsi “Gibbsin işi” presedentini nəzərə alıb və iddianı təmin edib.

“Bu qərar ingilis hüququna dair tələblərin stabilliyinin gücləndirilməsinə və bazar iştirakçılarının öz öhdəliklərini vicdanla yerinə yetirməsinə stimul verəcək”-“Sberbank”ın mətbuat xidmətindən deyiblər. “Franklin Templeton İnvestment Management Limited” şirkəti isə şərh verməkdən imtina edib.

Azərbaycan Beynəlxalq Bankından isə bildiriblər ki, məhkəmənin qərarına baxmayaraq “Sberbank” və “Franklin Templeton İnvestment Management Limited” borclarının qaytarılmasını tələb edə bilməyəcəklər. Çünki qərardan apellyasiya şikayəti verilib. Bank bildirir ki, İngiltərədəki məhkəmə prosesi bankın borclarının restrukturizasiyasına təsir etməyəcək. Lakin britaniyalı vəkil deyib ki, restrukturizasiya məhkəmənin yekun qərar çıxarmasına qədər yekunlaşa bilməz. Apellyasiya prosesi ən azı bir neçə ay davam edəcək.

Xatırladaq ki, ABB 3,3 mlrd. dollar həcmində xarici öhdəliyin restrukturizasiyasını öhdəsinə götürüb. Restrukturizasiya prosesi bu il yanvarın 30-da başa çatdırılması nəzərdə tutulurdu.

ABB 2015-ci ilin iyulundan sağlamlaşdırma mərhələsindədir.

İki gün əvvəl Azərbaycan Beynəlxalq Bankı gözlənilmədən restrukturizasiya planının müddətinin üç ay uzadıldığını bildirmişdi, amma bunun səbəblərini açıqlamamışdı.

Londonda başladılan məhkəmə prosesi Beynəlxalq Bankın digər kreditorlarının da restrukturizasiya planı ilə razılaşmayıb məhkəmələrə üz tutmasına gətirib çıxara bilərmi? Məhkəmə prosesinə rəğmən, planın vaxtında icra olunacağına dair Beynəlxalq Bankın əminliyinə nə qədər ciddi əsaslar var?

Suallara cavab verən bank sahəsi üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov musavat com-a bildirib ki, ABB borclarının restrukturizasiyasına başlayanda ABŞ və Böyük Britaniyada məhkəmələrdən plan icra olunan müddətdə kreditorların borc tələbi ilə məhkəmə iddiası qaldırmalarını əngəlləyən qərarları alıb: “Lakin London Ali Məhkəməsinin son qərarı göstərir ki, bu, yetərli deyil. Yəni məhkəmə iki kreditorun restrukturizasiya planını qəbul etməməsi barədə iddiasını təmin edib. Bu, təhlükəli bir tendensiyanın başlanğıcı ola bilər. Belə ki o iki kreditorun ardınca digərləri də məhkəmələrə üz tutsa, Azərbaycan qanunvericiliyinə uyğun şəkildə aparılan restruktruzasiya planını icra etmək mümkün olmayacaq. Bu isə o demək olacaq ki, Beynəlxalq Bankın könüllü restrukturizasiya etmək istədiyi 3,3 milyard dollar borc tamamən və vaxtında ödənməli olacaq”.

Əkrəm Həsənov ile ilgili görsel sonucu

Mütəxəssis bankın həmin borcunun Azərbaycan hökumətinə ötürüldüyünü xatırladaraq, plana əsasən onların bir neçə mərhələdə və məbləğdə qaytarılmasının nəzərdə tutulduğunu söyləyir: “Restrukturizasiya planı baş tutacaqsa, Azərbaycan hökuməti müddətlə bağlı güzəştlərdən əlavə, faizdə də ciddi güzəştlər almağı düşünürdü. Yəni borcun bir hissəsinin 3 faiz, bir hissəsini 20 faiz, bir hissəsini isə 50 faiz güzəştlə qaytarılması təklif olunur kreditorlara. Onlara bildirildi ki, bu şərtlərlə razısınızsa, borcu dövlət qaytarır, razı deyilsinizsə, bank müflis elan ediləcək, borcunuzu, ümumiyyətlə, ala bilməyəcəksiniz. Mən plan başlananda demişdim ki, çox qeyri-peşəkar aparılmış prosesdir. Və bunun acı nəticələri olacaq. Mən yanılmadım, kreditorlar planı qəbul etmirlər, məhkəməyə üz tuturlar. Onlar yaxşı bilirlər ki, Azərbaycan hökuməti Beynəlxalq Bankın müflis elan olunmasına imkan verməyəcək.  Çünki əvvəla, Beynəlxalq Bank ölkənin ən böyük, sistem əhəmiyyətli bankıdır. Onun iflası bütövlükdə bank sektorunun iflasına gətirib çıxara bilər.

İkinci bir tərəfdən, dövlətə məxsus böyük bir bankın iflası Azərbaycanın etibarlı müştəri imicinə çox böyük zərbə ola bilər. Yunanıstanda dövlət kənara çəkildi, heç bir şirkətə dəstək vermədi, ölkənin ən böyük şirkətləri batdı. Nəticədə Yunanıstanın kredit reytinqləri ən aşağı həddə düşdü, indi ona heç bir təşkilat kredit vermir. Azərbaycanın çoxsaylı iri dövlət müəssisələri var ki, xaricdən böyük həcmdə kreditlər alırlar - SOCAR, ”Azərenerji",  “Dövlət Dəmir Yolu” QSC. Hökumət Beynəlxalq Banka yardım etməsə, sabah onlara da kredit verən olmayacaq, ya da şərtlər qat-qat ağır olacaq. Xarici kreditorlar dövlətin Beynəlxalq Banka dəstək vermək məcburiyyətini yaxşı görürlər, ona görə də borcun restrukturizasiya olunmasına imkan vermək istəmirlər".

Ə.Həsənovun sözlərinə görə, məhkəmə iddiaları üzündən restrukturizasiya planı baş tutmasa, 3,3 milyard dolları Azərbaycan hökuməti ödəməyə məcbur olacaq.

Yada salaq ki, dövlətin bankını talayan Beynəlxalq Bankın sabiq İdarə Heyətinin sədri 15 il həbs cəzası alıb. Onun ailə üzvləri isə hələ də Londonda “kral ailəsi” kimi yaşayır...

 

 

635x100

Şərhlər

Hesab Faktoru 2018-01-27 12:24:25

Çox maraqlı və əcaib məqalədir. 1.ABB, SOCAR, Azərenerji və ya Dəmir yolu QSC dövlətin icazəsi-zəmanəti olmadan krediti necə alırlar? 2.Təbii ki, 3,3 milyarda heç bankın sədrinin də əli belə dəyməyib... 3.Əhalimizi də kreditlə "soyan xaric" ABB kimi risqə gedib, sonra da güzəştə edərmi?

hərbi pensiyaçı 2018-01-27 12:24:25

Milyadrları yeyənlər qalıb kənarda onlara bir söz deyən yoxdur. 500 molyonu onların əvəzində xalqın dərisindən çıxarıb ödəyəcəklər.

Millet 2018-01-27 12:24:25

Ay milletim, hazirlashin, borclarimiz onsuz da var idi ve indi artdi. Neyleyek, mehkeme qerar chixarib ki ABB qaytarmalidir, demeli bizlikdir. onsuz da Medeniyyet Nazirliyi musiqi mekteblerinde ishleyen muellimlerin mashlarini yene de tutub (artiq Yanvar ayi uchun de). Yazix muellimler, yashamayin! Olun!

Son yazılar