NAZİRLİK RƏSMİSİNƏ CİNAYƏT İŞİ AÇILDI - Qanunsuz transplantasiya, mənimsəmə...

Gürcüstan Baş Prokurorluğu Azərbaycan Respublikası, Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında “Cərrahiyyə və Orqan Transplantasiyası” şöbəsinin müdiri Mircəlal Kazımi barəsində cinayət təqibinə başlayıb.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, Gürcüstan Baş Prokurorluğunun bu gün yaydığı məlumatda bildirilir ki, cərrah M.K. pasientlərin böyük həcmdə pul vəsaitinin mənimsənilməsi və mənimsənilməsi cəhdi ilə bağlı başlanılmış cinayət işi üzrə ittiham olunur.

"Cərrah M.K. istintaq orqanlarına gəlməkdən imtina etdiyinə görə prokurorluq məhkəməyə onun saxlanılması barədə qərar qəbul etməklə bağlı müraciət edib. Müraciət təmin olunandan sonra M.K. axtarışa veriləcək, - deyə məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, Tbilisidəki “Lanset” klinikasının direktoru 2016-cı ilin əvvəlində Azərbaycandan M.K. adlı cərrah-transplantoloq dəvət edib. Həmin həkimin tibbi ixtisası üzrə Gürcüstan tərəfindən verilən müvafiq sertifikatı olmayıb.

“Klinika rəhbərliyi pasientlərin cəlb olunması məqsədilə sosial şəbəkə və televiziya vasitəsilə Türkiyədən transplantologiya sahəsi üzrə həkimin dəvət olunduğu, onun qaraciyər problemləri olan insanlar üçün ödənişsiz konsultasiyalar keçirdiyi barədə məlumatlar yaymağa başlayıb”, - məlumatda deyilir.

Qeyd olunur ki, 2016-cı ilin fevralında iki Gürcüstan vətəndaşı klinikaya konsultasiya üçün müraciət edib, onların təcili qaraciyər köçürülməsinə ehtiyacları olduğu deyilib. Pasientlərə həmçinin bildirilib ki, bu cür əməliyyatları uğurla həyata keçirmiş Türkiyədən olan bir qrup cərrah- transplantoloq Gürcüstandadır.

Pasientlərdən biri klinikanın direktoruna 99204 lari (40 min dollardan çox) ödəyib. Digər pasientlə isə onun 10 aprel 2016-cı il tarixində 40 min dollar ödəyəcəyi ilə bağlı razılıq əldə olunub.

“Lanset” klinikasında 2016-cı ilin mart ayında əməliyyat olunmuş hər iki pasient bir həftə sonra vəfat edib.

İstintaqla müəyyən olunub ki, əməliyyatlar qanunsuz aparılmaqla yanaşı, pasientlərin təcili əməliyyata ehtiyacları olmayıb və qoyulmuş diaqnoz təsdiqini tapmayıb.

Qeyd edək ki, “Lanset” klinikasının direktoru Fərman Ceyranov dələduzluq maddəsi ilə ötən ilin may ayında həbs olunub. F. Ceyranovu 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Tbilisi şəhər məhkəməsində onun işinə baxılır.

Gürcüstan Baş Prokurorluğunun məlumatında qeyd olunan cərrah-transplantoloq isə Mircəlal Kazımidir.

M. Kazımi Azərbaycan Respublikası, Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında “Cərrahiyyə və Orqan Transplantasiyası” şöbəsinin müdiridir.

Qeyd edək ki, M. Kazımi F. Ceyranov həbs edilən vaxt ünvanına səslənən ittihamları rədd etmişdi.

635x100

Şərhlər

seymur 2018-01-26 18:55:15

Bu pensioner sahiyya hara baxir

AAgahuseyn 2018-01-26 18:55:15

HANİ səni canım-bacım-qardaşım-yrəyim- böyrəyim deyən BACIN-QARDAŞIN.Caqır ğəlib təbliq etsin səni axı aldiqın o pullrın faydasın onlar da ğörüb.

xx 2018-01-26 18:55:15

adamın sifətondən qorxulur... buna necə can etibar edirlər

Vəkil Ceyhun Yusifov 2018-01-26 18:55:15

Mircəlal həkim sözün həqiqi mənasında ən savadlı hkimlərimizdən biridi.Eyni zamanda Konstitusya öz vətəndaşına sahib durur..

AAgahuseyn 2018-01-26 18:55:15

Bunları maraq müqabilində reklam edənlər də məsuliyyətə cəlb olunmalıdırlar.XƏZƏR.TV-bar-bar baqırərdı ki npmrə bir həkim qardaşım nə bilim nə.Əlavə edirdilər ki AZƏRBAYCANDA il orqan köcürməsi iylə bunlar məşqul olur. O vaxt mən yazdim ilk böyrək köcürməsi iylə MİR məhşur olub SOVET dönəmində.Müstəqillik dövründə isə ilk böyrək köcürülməsini ULU ÖNDƏR H ƏLİYEVİN təşəbbüsü iylə İRAN mütəxəssisin iştirakı iylə PROF.KAMAL ABDULLAYEV aparıb.Bu cinayətə o dələduzların təblıqı iylə olanlar şərikdir.

Son yazılar