"MEHMAN ƏLİYEV MƏNİM REPUTASİYAMI QARALAMAQ İSTƏYİR" - Əli Həsənovla müsahibə

Prezidentin köməkçisi: "Mehman da, mən də öz mövqeyimizdə, dünyagörüşümüzdə həmişə sabit, prinsipial və sadiq olmuşuq. Biz mövqe fərqimizi qoruyub saxlamışıq və bu amil ümumi münasibətmizə heç zaman mənfi təsir göstərməyib"

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov musavat.com-a müsahibə verib. Onunla müsahibəni təqdim edirik.

-  Əli müəllim, Azərbaycan Prezidentinin  media siyasətinin həyata keçirilməsinə məsul olan köməkçisi kimi Mehman Əliyevin həbs olunması və sonradan da azadlığa buraxılmasında sizin hansısa iştirakınız olubmu?

- Təəssüf edirəm ki, Mehman Əliyev heç bir  fakta söykənmədən bir neçə müsahibə və açıqlamasında bu tipli əsassız iddialar irəli sürüb və sizin də qeyd etdiyiniz kimi, Azərbaycan dövlətinin informasiya siyasətinin həyata keçirilməsinə, həmçinin ölkədə qanunçuluğun qorunmasına məsul olan yüksək ranqlı dövlət məmurları haqqında mənfi rəy formalaşdırmaq istəyib. Mehman Əliyev  iddia edib ki, onun həbsi Cənab Prezidentin köməkçisi kimi mənim və Baş prokuror Zakir Qaralovun təşəbbüsü ilə ali rəhbərlik səviyyəsində müzakirə olunaraq həyata keçirilib. O, hətta daha da irəli gedərək, həbs qərarının guya 2018-ci il prezident seçkiləri ilə bağlı olduğunu, Mehmanın hansısa ciddi islahat konsepsiyasının mövcudluğunu və Administrasiyaya təqdim edildiyini, həmin sənədin sonradan mənim əlimə keçdiyini və daha sonra bu həbsə qərar verildiyini iddia edib. Tam qətiyyətlə bildirirəm ki, bu iddia absurddur və qətiyyən həqiqətə uyğun deyil. Kökündən yanlış fikir və mülahizələrdir, dövlətin informasiya siyasətini və bu işə birbaşa məsul şəxs kimi mənin reputasiyamı qaralamaq məqsədi daşıyır.

- Sizcə, bu iddiaların ortaya atılmasında məqsəd nədir?

- Mehman Əliyev məqsədyönlü şəkildə səsləndirdiyi bu tipli  açıqlamalara heç özünün də inanacağı qədər sadəlövh insan deyil. O, Azərbaycan dövlətinin media siyasətinin 90-cı illərdən başlayaraq necə formalaşdığını və həyata keçirildiyini, bu siyasətin keçən dövrdəki effektli nəticələrini, xarici dairələrin onun rəhbərlik etdiyi agentlik və digər qurumlar vasitəsilə ölkədaxili proseslərə müdaxilə cəhdlərini və buna nail ola bilmədiklərini çox yaxşı bilir. Qoy mənə dünyada ölkə göstərsin ki, orada dövlət öz mediasını idarə etməyə çalışmır və başlı-başına buraxır. Odur ki, Mehman Əliyev də nə dediyinin fərqindədir və bu fikirlərin səsləndirilməsi sadəcə olaraq onun aldığı növbəti tapşırıqdır...

Mən Mehmanı gəncliyindən tanıyıram. 1980-ci illərin sonu 90-cı illərin əvvəlində M.V.Lomonosov adına Moskva Dövlət Universitetində onunla paralel təhsil almışıq. O, jurnalistika, mənsə tarix fakültəsində oxuyurduq. Hər ikimiz də siyasətə elə həmin dövrdən qoşulmuşuq və ikimiz də əliyevçi olmuşuq. Sadəcə o, Əbülfəz Əliyevi, mənsə Heydər Əliyevi təbliğ etmişəm. Mehman da, mən də öz mövqeyimizdə, dünyagörüşümüzdə həmişə sabit, prinsipial və sadiq olmuşuq. Biz mövqe fərqimizi qoruyub saxlamışıq və bu amil ümumi münasibətmizə heç zaman mənfi təsir göstərməyib. Düşünürəm ki, heç indi də göstərməməlidir. Mehman Azərbaycanın inkişafını və xalqımızın firavan gələcəyini öz mövqeyinə uyğun təsəvvür edir, mənsə başqa cür – bu firavanlığın və inkişafının məhz indiki iqtidarın təmin etdiyini və gələcəkdə də edəcəyinə əminəm. O ki, qaldı Mehmanın ciddi-cəhdlə keçmiş həbsini konkret vəzifəli şəxslərin, o cümlədən də mənim adımla bağlamağına və bu məsələni siyasiləşdirmək cəhdinə, bunu da yaxşı anlayıram. O, özünü və ətrafdakıları adi jurnalist deyil, daha yüksək statuslu bir şəxs olduğuna inandırmaq istəyir. Olsun, buna bizim etirazımız yoxdur. Amma bizim üçün, hökumətimiz üçün Mehman Əliyev də digər KİV təsisçilərindən və rəhbərlərindən fərqlənmir. O həm jurnalistdir, həm sahibkardır, həm də xarici fond və qurumlarla işləyir. Deməli, bəlli öhdəliyi olan məsul şəxsdir. Amma kim olursa-olsun, ölkənin qanunları qarşısında, o cümlədən vergi öhdəlikləri qarşısında heç bir əlavə üstünlüyə, immunitetə malik deyil.

- Ümumiyyətlə, Mehman Əliyevin həbsi ilə bağlı siyasi dairələrdə hansısa müzakirə aparılması faktı olubmu?

- Sizə artıq məlumdur ki, 2017-ci ilin avqustunda “Turan” İA-nın direktoru kimi onunla bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə, vergi öhdəliklərindən yayınma və qanunsuz sahibkarlıq maddələri ilə ittiham irəli sürülmüş və Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Bununla bağlı birmənalı bəyan edirəm ki, onun həbsi məsələsi Cənab prezidentin yanında xüsusi müzakirə olunmayıb ki, həmin müzakirələrdə də hansısa məmurlar iştirak etsin. Mehman Əliyev müvafiq orqan tərəfindən konkret maddə ilə günahlandırılaraq məhkəmənin qərarı ilə saxlanılıb. Bundan sonra, o, özü barəsində seçilmiş məhkəmə qərarının dəyişdirilməsi ilə bağlı Azərbaycan Prezidentinə müraciət ünvanlamışdı, dövlət başçısı da həmin müraciətə dərhal münasibət bildirərək aidiyyəti orqanlara həbs qətimkan tədbirinin dəyişdirilməsi imkanına baxılmasını tövsiyə etmişdi. Təbii ki, cənab Prezidentin tövsiyəsi humanizm prinsiplərinə əsaslanıb və dövlət başçısının 2017-ci il 10 fevral tarixli Sərəncamında əks olunmuş ideya və prinsiplərə tam uyğun olub.

Buna görə də bu gün aidiyyəti dövlət strukturlarının qanuni fəaliyyəti, məhkəmə orqanının obyektiv qərarı ilə dövlət başçısının müvafiq tövsiyəsi arasında ziddiyyət axtarmaq, həm də bundan çıxış edərək yüksək ranqlı məmurlar haqqında əsassız iddialar irəli sürmək və məlum hadisəni siyasiləşdirmək cəhdi yolverilməzdir.

M.Əliyevin hazırkı xüsusi fəallığı və həbsi ilə bağlı ictimai rəydə yanlış fikir formaılaşdırmaq cəhdinin özü də bizdə məqsədyönlü fəaliyyət təəssüratı yaradır. Əvvəla, o, Azərbaycanda siyasi motivlərlə həbslərin həyata keçirildiyini nümayiş etdirmək, bununla da həm yerli, həm də beynəlxalq ictimaiyyətin gözündə hakimiyyətin mövcud siyasətini ləkələmək istəyir. Digər tərəfdən isə, bu tipli müsahibələrin, açıqlamaların məqsədli şəkildə fəaliyyət göstərən reket saytlarda tirajlanması məsələnin kökündə bəlli dairələrin maraqlarının dayandığı barədə düşünməyə əsas yaradır. Görünür, bu qüvvələr öz cılız ambisiyalarını reallaşdırmağa çalışarkən onun yekun nəticəsi barədə düşünmürlər. Təbii ki, bu da yalnız təəssüf doğura bilər.

Hesab edirəm ki, hər bir şəxs, o cümlədən də Mehman Əliyev  məsuliyyətli davranmağı bacarmalı, reallıq hissini itirərək yanlış informasiyalar və istiqamətləndirmələrin təsiri altına düşməməlidir.

635x100

Şərhlər

aqil 2018-01-26 20:12:50

Maraqlısı bu deyil ki, PA rəsmisi olaraq Əli müəllim Mehman Əliyev barədə bunları deyir... Maraqlı olan budur ki, Əli müəllim bu müsahibəni "Yeni Azərbaycan"da yox, "Yeni Müsavat"da deyir... İsa Qənbər infarkt keçirməsin, neyləsin?! Babat kardioloq olsaydı, kardioqramma çıxarıb diaqramda bu infarktın səbəb və səbəbkarlarının kimliyini göstərərdi... "Azpolitika" bu şərhi verməsəniz, BMT-yə şikayət ediləcək.

XX 2018-01-26 20:12:50

Hansi tv acirsan bu politoloq deputat elman nesirov ordan cixir da gozumuz yorulub bu adami gormekden hergun tv lerdedi. bunun basqa isi gucu yoxdu deyesen

Media 2018-01-26 20:12:50

Qoy mənə dünyada ölkə göstərsin ki, orada dövlət öz mediasını idarə etməyə çalışmır və başlı-başına buraxır. -Ariflərə buda bəs edir-demokratik- Əli müəllim,

doktor Amirov 2018-01-26 20:12:50

Bəli, Cənab Əli müəllimə, xalqın bir nümayəndəsi kimi bizlərin də devlətimizin gərəkli və çox məsul bir kadrosu kimi dərin sayqılarımız və güvənimiz var.

G.M 2018-01-26 20:12:50

Saray şairləri var bir də Xalqın sevdiyi Şairi... Sizcə Xalq mahnıları oxuyan xanəndə ilə ara mahnısı oxuyan manısların Xalqın gözündəki yeri eyni ola bilərmi.Yatacağını,Qələm-kağız pulunu dövlətdən alan Jurnalistin yazısı kimə lazımdır

Kərəm 2018-01-26 20:12:50

Bizdə məmurun öz mövqeyin, ya öz fikrin varmı ki? Robot kimi proqramlaşdırılıb. Mövqedən dsanışmağa dəyməz. Məmurların öz fikri, öz mövqeyi olsa o bir gün də işləyə bilməz, qovarlar gedər.

miri 2018-01-26 20:12:50

Mehman bəyin Azerbaycan mətbuatının inkişafında xüsusi xidmətləri danılmazdır.Pulla hər kəsi əla almaq mümkünlüyünü özünə siyasi kurs secmişlər yanılırlar.

R-n 2018-01-26 20:12:50

----------------.

REDAKTOR 2018-01-26 20:12:50

ƏLİ HƏSƏNƏV DUZ DEYİR.BUTUN AXC VƏ AXC OLMAYANLARİN HAMİSİ ƏLİYEVCİLƏR OLUB.BİLƏRƏKDƏN VƏ BİLMƏYƏRƏKDƏN.O Kİ QALDİ MƏTBUATİN MUSDƏQİLLİYİNƏ BUNA SUBHƏ ETMƏYİN Kİ BUTUN BUNLARİ XARİCİ TƏŞKİLATLAR DEYİL MƏHS SAPİ OZUMUZDƏN OLANLAR HƏYATA KECİRİR. BİLƏRƏKDƏN VƏ BİLMƏYƏRƏKDƏN. MƏTBUAT SURASİ OLKƏDƏ QANUNLARİ TAPDAYAN MƏMURLARİ QORUMAQ UCUN FƏALİYƏTDƏDİR. ..

Seymue 2018-01-26 20:12:50

Vay vay vay

talis 2018-01-26 20:12:50

elman nəsirov dedin yadima dilcilik uzrə mutəxəxsis dusdu. hec olmasa sozləri duzgun tələfus etsə adami o qədər də narahat etməz. nitq qabiliyyəti tam yerində deyil yaziq nəyləsin. o da var...

Mahir 2018-01-26 20:12:50

Mehman müəllimlə Əlini xalq nüfuzu prizmasından götürəndə....

oxucu 2018-01-26 20:12:50

Avtoritar rejimin mövcud olduğu ölkədə "jurnalistika", "media" kimi məfhumlar gülünc səslənmirmi?

Akif 2018-01-26 20:12:50

....məmurlar nəinki ölkəmizdə, hətta bütün dünyada rüşvətxor və korrupsiober kimi məşhurlaşıb... məmurlar xalqa məxsus təbii ehtiyyatları mənimsəməklə bərabər, hətta acından ölümlə üz-üzə qalmış əhalinin əmlaklarına göz dikir...

Həbibə 2018-01-26 20:12:50

Maraqlı ifadədir: "O həm jurnalistdir, həm sahibkardır, həm də xarici fond və qurumlarla işləyir. Deməli, bəlli öhdəliyi olan məsul şəxsdir."

Adil 2018-01-26 20:12:50

Niyə kimsə sözünü birbaşa deyəndə öhdəçilik götürən şəxs kimi qələmə verilir. Bu şəxslərdən müsahibə alanlar isə reketçilikdə günahlandırılır. Bu qaydada hansı azad sözdən danışmaq olar. Olmazmı ki, deyilənlərdən düzgün nəticə çıxarılsın və idarəetmədə islahatlar aparılsın. Bunun ki, dövlətçiliyə ancaq xeyri var. Bu qorxu hissi haradan qaynaqlanır.

Bəhram Qarabağlı 2018-01-26 20:12:50

Jurnalist də siyasətçilər kimi tarixi, siyasi gündəmi və xüsusilə opponentləri dəqiq aramalıdır. Məncə, İ.A. direktorunun fəliyyəti "Mehman Pənahlı Mehri" psevdonimi kimi daha aydın nazil olur.

Naxcıvanlı 2018-01-26 20:12:50

Eli bey bütün yap qarışıq elnizi qurana basıb antda icsez.... yerimezki yerimez yerizede dünya qarşısında yıgılıb öznü biabır eder semed seyidova avropa gülürki bu nagılları siz rusya lideri putinnenmi yoxsa lavrovdanmı öyranibsiz

Həbibə xanıma 2018-01-26 20:12:50

Toplamda onun, dünya mətbuatı üçün hakimiyyətə müxalif və eyni anda hakimiyyətin yeni liderinə dəstəkçi profili görünmürmü?

naxçıvanlı 2018-01-26 20:12:50

Mehman Əliyev, xalqını, vətənini sevən savadlı bir şəxsiyyətdir! Buna görə də, Mehman "çi" ola bilməz."Çi"-lər vəzifə və qarın xətrinə özünü alçaldan, onun - bunun gölgəsində daldanaraq, cəmiyyətə əzab-əziyyət verən, insan haqlarının tapdalanmasına göz yuman, xidmət etdikləri ağaların haqsız, ədalətsiz hərəkətlərinə haqq qazandırmaqdan ötəri dəridən-qabıqdan çıxan, Müqəddəs Hacc ziyarətinə gedib, şeytana daş atan şeytanlardırlar! Mehman kimi insanlar heç vaxt "çi" olmayıblar və ola da bilməzlər!

naxçıvanlı 2018-01-26 20:12:50

Demokratik cəmiyyətlərdə "çi"-lər olmur. Almaniyada Merkelçilər, İngiltərədə Meyçilər varmı? Ola da bilməz! Çünki demokratik cəmiyyətlərdə insan haqları var, hamı sözün köküdür, şəkilçisi yox! "Çi" şəkilçilərindən ancaq avtoritar rejimlərdə geniş istifadə olunur, məsələn, Leninçilər, Stalinçilər və s. Kimsə özünü vəzifə və qarın xətrinə "çi" şəkilçisi hesab edə bilər, amma bu başqa şəxslərə aid edilməməlidir. Hamı, o cümlədən Mehman şəxsiyyətdir və öz familyasının daşıyıcısıdır!

yusif 2018-01-26 20:12:50

Hörmətli Əli müəllim.Sizin kimilərin hakimiyyətə qeyri obyektuv məlumatlar verməsinin nəticəsidir ki ölkədə belə acinacaqli vəziyyət yaranibdir.D ÖVLƏTİ və xalqi fəlakətlərə aparirsiniz.

Beyaz Propaganda 2018-01-26 20:12:50

Topunuz gelin...

Son yazılar