Azərbaycanın U-21 millisi Albaniyanı məğlub edib

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Antalya toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız Albaniyanın eyni yaş qrupu üzrə komandası ilə qarşılaşıb.

Görüş komandamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ülvi İskəndərov millimizin yeganə qoluna imza atıb.

Qeyd edək ki, Rəşad Sadıqovun çalışdırdığı U-21 bu vaxta qədər Antalyada 3 yoxlama görüşü keçirib. “Alanyaspor”un U-21 komandasına 3:1 hesabı ilə qalib gələn yığmamız Albaniyaya 0:1 hesabı ilə uduzub, Gürcüstanla isə heç-heçə edib - 1:1.

Yoxlama oyunu

26 yanvar

Azərbaycan U-21 – Albaniya U-21 - 1:0

Qol: Ülvi İskəndərov, 52

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar