Poroşenko Rusiyaya qarşı yeni sanksiyalara görə ABŞ-a minnətdarlığını bildirib

Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə görə Birləşmiş Ştatlara minnətdarlığını bildirib.

“Report” xəbər verir ki, bu barədə o, ABŞ-ın dövlət katibi Reks Tillerson ilə görüşdən sonra "Twitter"də yazıb.

"ABŞ-ın BMT Təhlükəsizlik Şurasında tam dəstəyinə və Rusiyaya qarşı sanksiyalar siyasətinin davam etdirilməsinə görə minnətdaram", - deyə o bildirib.

Poroşenkonun sözlərinə görə, onlar Tillerson ilə müdafiə və təhlükəsizlik sahəsində koordinasiya barədə razılığa gəliblər.

Xəbər verildiyi kimi, ABŞ Ukraynadakı vəziyyət səbəbindən Rusiyaya qarşı sanksiyaları genişləndirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar