Bakı metrosunda qatar yoluna düşüb qaçan gənc danışdı – VİDEO

Dərc olunub: 26/01/2018 - 23:57

metro (1)Ötən gün “Bakı Metropoliteni”nin “İnşaatçılar” stansiyasında relslərin üstünə düşərək təhlükə yaradan sərnişin saxlanılıb.

“AzPolitika”nın “Xezerxeber.az”a istinadla verdiyi məlumata görə, həmin şəxs platformanın kənarında duraraq qatarın gəlib-gəlmədiyinə baxıb. Qatarın gəlmədiyinə əmin olduqdan sonra relslərin üstünə düşərək tunelə tərəf qaçıb. Görüntülər ötən gün axşam saatlarında metronun “İnşaatçılar” stansiyasındakı təhlükəsizlik kameralarına düşüb.

Özünü şübhəli aparan şəxs relslərin üstünə düşdükdən sonra metronun “Elmlər Akademiyası” istiqamətinə qaçmağa başlayıb. Qatar stansiyaya çatan kimi metro işçiləri dərhal relslərdəki gərginliyi şəbəkədən ayırıblar. Daha sonra “Bakı Metropoliteni”ndə polis şöbəsinin əməkdaşları həmin şəxsin axtarışına başlayıblar. Bir neçə polis əməkdaşının çevikliyi ilə çox çəkməyib ki, həmin şəxs saxlanılıb.

Məlum olub ki, həyatını təhlükəyə ataraq relslərin üstü ilə qaçan şəxs Şəmkir rayon sakini, 26 yaşlı Tamerlan Rövşən oğlu Ələsgərovdur. O, “Bakı Metropoliteni”ndə polis şöbəsinə gətirilərək dindirilib.

Tamerlan Ələsgərovun bu əməlinə görə relslərdəki gərginlik şəbəkədən ayrıldığı üçün metronun “Dərnəgül” stansiyasından üzü “Elmlər Akademiyası” istiqamətində bütün qatarların hərəkəti dayandırılıb. Bu səbəbdən də qatarların hərəkətində 10 dəqiqə gecikmə olub.

“Bakı Metropoliteni”ndə polis şöbəsindən verilən məlumata görə, Tamerlan Əsgərov İnzibati Xətalar Məcəlləsinin 306.4, yəni “qatar yoluna düşmə və qatarın hərəkətini ləngitmə” maddəsi ilə 50 manat məbləğində cərimə ediləcək.








loading...


Fikrinizi bildirin