Terrorçuların məhv edildiyi yerdən Avropa istehsalı olan «REM» qurğusu tapılıb

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Suriyanın Əl-Tanf rayonunda terrorçuların məhv edildiyi yerdən Avropa istehsalı olan müasir «radio-elektron mübarizə qurğusu» (REM) tapılıb.

«Terrorçuların məhv edildiyi yerə baxış zamanı Suriya əsgərləri tərəfindən Avropa istehsallı müasir REM qurğusu, atıcı silahlar üçün böyük miqarda döyüş sursatı və «İslam dövləti»nə (İD) aid ədəbiyyat tapılıb» - deyə, düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzi bəyan edib.

Yanvarın 24-də Suriya hərbçiləri Əl-Tanfda terrorçuların 3 «Cip»dən ibarət hərəkət edən kolonuna hücum ediblər. Mərkəzin təsdiqlədiyinə görə, bu ərazi ABŞ-ın nəzarəti altındadır. Xəbərə görə, «Cip»lərin ikisi məhv edilib və 5 terrorçu zərərsizləşdirilib.

Göründüyü kimi, ABŞ başda olmaqla, «qərb koalisiyası» əvvəlcə bölgədə terrorçuları toplayıb silahlandırır, sonra isə onlara qarşı mübarizə adı altında müsəlmanların yaşadığı şəhər və kəndləri darmadağın edir, sakinlərinə kütləvi halda divan turur...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar