"XAHİŞİNİ ETDİYİM TƏLƏBƏDƏN 800 DOLLAR ALDILAR..." - Keçmiş millət vəkili

Sabiq baş prokuror, hüquq elmləri doktoru İlyas İsmayılov lideri olduğu Ədalət Partiyasının bugünkü qurultayında Azərbaycan hökumətinin təhsil siyasətini kəskin tənqid edib.

"AzPolitika"nın məlumatına görə, İ.İsmayılov bildirib ki, hazırki təhsil sistemi savadlı və layiqli vətəndaş yetişdirmək iqtidarında deyil.

Partiya sədri dövlət ali məktəblərində ödənişli təhsilin verilməsini yolverilməz adlandırıb. "Bir halda ki, bu universitetlər dövlət tərəfindən maliyyələşdirilir, nəyə görə burda ödənişli təhsil olmalıdır? Qardaş Türkiyə Cümhuriyyətində bütün dövlət universitetləri ödənişsizdir. Bizdə də belə olmalıdır".

İ.İsmayılov təhsil sistemində rüşvətin geniş yayılmasına da diqqəti yönəldib, konkret bir misal çəkib: "Hələ Milli Məclisin üzvü olarkən Bakı Dövlət Universitetinin bir tələbəsi mənə müraciət edərək, kəsiri olduğunu bildirmiş, yenidən imtahan verməsi üçün göndəriş verilməsinə kömək etməyimi xahiş etmişdi. Mən BDU-nun rektoru Abel Məhərrəmova zəng etdim. O, yerində olmadığından köməkçilərilə danışdım. Məni çox hörmətlə dinləyib, rektora məruzə edəcəklərinə söz verdilər. Sonradan eşitdim ki, həmin tələbədən 800 dollar aldıqdan sonra göndəriş veriblər..."

Partiya sədri təhsil sistemində ciddi islahatların vacibliyini bildirib, müəllimlərin əvvəlki nüfuzunun özünə qaytarılmasına və onların maaşlarının artırılmasına çağırıb.

V.Nəsibov 

635x100

Şərhlər

Fariz-ə 2018-01-27 16:40:37

Asan xidmətin yaranma məqsədini blirsinizmi? Məqsəd nazirlik, Komitə,digər dövlət idarələrində rüşvətin qaerşısını kəsməmək, oralardan gələn şikayətlərin miqdarını azaltmaq və bununla dövlət idarələrinə öz işinizdə olun demək üçündür.Əksinə əhali hər hansı arayış üçün ndövlət idarələrinə getdikdə heç bir rüsum ödəməyə lüzum qalmırdı.Yalnız geniş yayılmış rüşvətiverməyə məcbur qalırdı.İndi isə rüşvət vermir,əksinə rüsum ödəmək məcburiyyətində qalırıq.Yalnəz rüşvət adı rüsum adı ilə əvəz olunub.

BDU-nun tələbəsi 2018-01-27 16:40:37

Hörmətli İlyas müəllim,bəs o tələbədən 800 dollar alındığını bildikdən sonra nə etdiniz? Yenidənmi Abel Məhərrəmova zəng edib səbəbunu soruşdunuz, yoxsa hüquq-mühafizə orqanlarına məlummat verdiniz. Axı Siz uzun müddət qanunların keşiyində olmuşunuz.

fariz 2018-01-27 16:40:37

Azərbaycanda bir məkan var-Asan Xidmət.Dövlət risumundan başqa pul vermək lazım gəlmir.Bütün yerlərdə pulsuz (rüşvətsiz)heç bir iş görülmür.

Ruslan 2018-01-27 16:40:37

Biabırçılğa baxın, BDU-nun tələbəsi adını gizlədir. Deyəsən bu tələbənin arxasıbda gizlənən Hüquq fakültəsinin ... dekanı Əmir Əliyevdir. Məhəmməd İmanlı Əmir Əliyevin yanında toya gedəsidir.

Sevinc 2018-01-27 16:40:37

Hörmetli İlyas müellim çox düzgün vurğulayıb.. Bizim tehsil sistemimiz demek olarki yox seviyyesindedir.. Allah sizin kimi ziyalılara can sağlığı versin, her zaman başqalarını düşünürsünüz siz..

Nurlan Hüseynbəyli 2018-01-27 16:40:37

Abel Məhərrəmov Universitetə yerlibazlıq, rüşvətxorluq, savadsızlıq gətirdi.Onun işlədiyi 19 ilin hər günü universitetin ziyanına olub. Universitetin hesabına Abel oliqarxa çevrilib. Altıağacın yarısını alıb, Nabranda Hökumət evi boyda pansionat tikdirib. Mono Liza şadkıq evi,hündürmərtəbəli binalar və s.

t.ədalət 2018-01-27 16:40:37

İlyas müəllimin bu yazısı,həqiqətən adamı sarsıdır.rüşvətə bağlılıq,məncə bizim etnik kimliyimizdə axtarılmalıdır.türk olanlar,yəqin ki belə ola bilməzdilər.Yerinə düşməsə də,bir şeyi deyim ki,ordumuzun ilk döyüşçüsü,cəbhədə güllə yarası alan,Xocalı soyqırımını ilk çəkən,hərbi çəkilişlərin salnaməsini yaradan Seyidağa Mövsümov var.Ağır xəstədir.Sıradan jurnalistlərə ad və mənzil veriləndə Ə.Amaşov onun adını gizlədir, yerinə qohum-əqrəbalarının adı yazır.Haqsızlıq və rüşvətxorluq bizi məhvə aparır..

G.M 2018-01-27 16:40:37

Yaxşı ki,800 doll alıb ,``atmıyıblar``..Mən tələbə yoldaşım Deputata xahiş elədim ki,övladıma qarşı qərəzli olub,imtahanda qiymətini kəsməsinlər.(Tibb Universitenti) Deputat Dostum bir xeyli fikirləşdikdən sonra cibindən 300man çıxardıb verdi ki,``Qardaş Allah bunlara.....``.Üstünü də özün düzəlt ver Şadlinski köməklik eləsin.

Cəlal 2018-01-27 16:40:37

Bəllidir ki,universitetlərdə rüşvət bilvasitə rektorların icazəsi və nəzarəti ilə alınır.Dməli balıq başdan iylənir. Onda sual: Bu başdakılar niyə cəzasız qalırlar? Axı bunu hamı bilir.Aşkarlananlar isə rektora az pul çatdıranlar və çatdırmayanlar olur ki, bu da çox az adam olur. Rüşvətə qarşı mübarizə niyə yoxdur?

AAgahuseyn 2018-01-27 16:40:37

Hömətl T.Ədalət İLyas müə.yazıaı məni nə qədər qəzəbləndirmişdisə SİZİN şəhriniz məni sarsıtdı və aqlatdı.Allah özü kömək olsun abelkimilərdən qurtqraq.O ki qaldı tikməykərinə qoy tiksinlər xalqa qalacaq.RƏHMƏTLİK HACİ ZEYHALABDİN TAQIYEV tikənlər xalqa qaldı.Hec olmasa onlara rəhmət dryən var.Vay bunların və törəmələrinin halına.

ilqar 2018-01-27 16:40:37

axsamin xeyir dostum siz fexr elenesi bir insansan her cehetcede savadli evlad terbiye etdiyin ucun sizi kimi insanin qabaxinda bas eyirem ey dost

L.Ədalətə 2018-01-27 16:40:37

AZərbaycanda 1970 -ci ilə qədər rüşvət alan 7-12 il müddətinə həbs olunurdu.hətta çəkidə aldadadan satıcılar 3-5 il həbs olunurdu .Ona görə tək-tək hallar olurdu ki.o da cəzalanırdı.Təhsildə isə belə hal rast gəlməzdi.Amma keçən müddə ərzində baxmayaraq ki.rüşvət ümumi hal aldı və bütün zvenalara yayıldı.qanun işləməz oldu.Çünki bu yuxarıdan razılaşdırılmış hala keçdi.Tək-tək cəzalananlar olubsa da onlar aşağı çinli məmurlar olmaqla,rüşvətləri də cüzi olub.

Son yazılar