7 prokuror vəzifədən azad edilib

"2017-ci ildə prokurorluq orqanlarında kadr siyasətinin həyata keçirilməsi istiqamətində məqsədyönlü tədbirlər davam etdirilib, kadrların şəffaf və obyektiv meyarlar əsasında seçilib yerləşdirilməsi və vəzifədə irəli çəkilməsi, kadr korpusunun müsabiqə yolu ilə dərin biliyə malik yüksək ixtisaslı gənc hüquqşünaslar hesabına mütəmadi komplektləşdirilməsi üçün zəruri tədbirlər görülüb".

APA-nın məlumatına görə, bu barədə Baş prokuror Zakir Qaralov Baş Prokurorluqda keçirilən kollegiya iclasında bildirib.

O, qeyd edib ki, hesabat dövründə xidməti fəaliyyətlərində müsbət iş göstəricilərinə nail olmaqla təşkilatçılıq bacarığı nümayiş etdirmiş 9 nəfərin ilk dəfə müstəqil rayon prokurorları vəzifələrinə təyin edildiyi, 107 prokurorluq işçisinin yuxarı təsnifatlar üzrə müxtəlif vəzifələrə irəli çəkildiyi, ölkəmizdə uğurla reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq 2002-ci ildən başlayaraq keçirilən 17 müsabiqə üzrə prokurorluğa qulluğa qəbul edilmiş 780 gənc hüquqşunasın sayının prokurorluğun kadr tərkibinin 66 faizini təşkil etməsi, eləcə də 60 ştat vahidi üzrə elan edilmiş növbəti qəbul üzrə cari il ərzində vakant vəzifələrə təyinatların aparılacağı prokurorluq orqanlarında həyata keçirilən kadr islahatlarının uğurlu nəticələri kimi dəyərləndirilib.

Qeyd edilib ki, ciddi tələbkarlıq və prinsipiallıq şəraitinin yaradılmasına baxmayaraq, hesabat dövründə aparılmış xidməti yoxlamalar nəticəsində 37 nəfər prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib, onlardan 26 nəfərə töhmət və şiddətli töhmət elan edilib, 1 nəfər aşağı vəzifəyə keçirilib, 7 nəfər vəzifədən azad edilib, 3 nəfər isə prokurorluq orqanlarından xaric olunub.

Baş Prokurorluğun əlaqədar struktur qurumları və bütün tabe prokurorlardan möhkəm nizam-intizam yaradılması məsələlərində prinsipiallığın artırılması tələb edilib.

635x100

Şərhlər

REDAKTOR 2018-01-27 16:32:05

OLKƏDƏ QANUNLARİN İCRASİNA NƏZARƏTİN HANSİ VƏZİYYƏTDƏ OLMASİNİ AYDİNLASDİRAN ƏN MOTƏBƏR FAKTLARDAN BİRİ VƏ BİRİNCİSİ VƏTƏNDASLARİN MURACİƏTLƏRİNƏ BAXİLMASİ QAYDALAİ HAQQİNDA QANUNA ƏMƏL OLMAMASİDİR.

t.ədalət 2018-01-27 16:32:05

Nərimanov rayonunun keçmiş prokuroru (2006) Dürəsən İmanov var idi.Pulunu almadığı adamın haqqını tapdardı.İndi pensiyaçıdır.Vaxtı ilə cinayət dənizində üzən bu adam,arxayın-arxayın pensiyasını alır.Rüşçvətin qarşısını almaq üçün prokurorluğa daxil olan işlərin bir nüsxəsi,mütləq DTK nəzarətinə göndərilməlidir."İşin" necə başlanıb,necə sonuclanması nəzarətdə olsa, qanunlar işləyər.

Roman 2018-01-27 16:32:05

Necə olur ki, prokurorluq işçiləri 60 yaşında təqaüdə göndərildiyi halda, bəzi rayon prokurorları və eləcə də Baş Prokuror Zakir Qaralov özü və müavinləri 60 yaşları çoxdan ötməsinə baxmayaraq "işləməkdə" davam edirlər. Məgər bunun adı qanunsuzluq deyilmi və yaxud da qanunu bilərəkdən pozmaq deyilmi. Hi?

Müfəttiş 2018-01-27 16:32:05

Hansı rayonda və kimlərin nprokurorluqdan azad olunmasını yazsaydınız, daha anlaşıqlı olardı.Yoxsa ki, 5 il bundan əvvəl kimi isə prokurorluqdan azad ediblər və ilbəil bunu islahat kimi qələmə verirlər .Bizim bölgənin prokuroru 7 ildir öz kreslosuna elə yapışıb ki, tərpətmək mümkün deyil....

Vətəndaş 2018-01-27 16:32:05

Ulu Öndərimizin vaxtilə söylədiyi fikirləri nəzərə alıb Baş Prokurorluğun qapı və pəncərələrini açıb havasını kökündən dəyişdirmək lazımdır. Yəni Baş Prokurorluqda islahat aparmaq lazımdır. Baş Prokuror Zakir Qaralovun 18 il işləməsini nəzərə alıb onu və ətrafında uzun müddət kök salıb qalmış idarə rəhbərləri və rayon nprokurorları dəyişdirilməlidir. İnsan nə qədər bir kresloda oturub yerində fırlanıb.....

Son yazılar