"SƏMƏD SEYİDOVDAN DA UTANMADIN?" - Türkiyəli nazir

"Baş konsul mən deyiləm" deyən qorxaqdır bu"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Azad Suriya Ordusunun qaynağı Əl Qaidədir" deyən Cümhuriyyət Xalq Partiyasının (CHP) sədrinin müavini Öztürk Yılmazı sərt ifadələrlə tənqid edib. "AzPolitika.info"nun məlumatına görə, Çavuşoğlu bu zaman Ardahanda anadan olan və oradan millət vəkili seçilən Öztürk Yılmaza həmin ərazidə yaşayan azərbaycanlı türklərdən mərdlik dərsi almağı tövsiyyə edib. Eyni zamanda Türkiyəni qaralamaq istəyən xarici qüvvələrin tapşırığını yerinə yetirən CHP sədrinin müavinini AŞPA-da Ankaranı müdafiə edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovdan utanmağa çağırıb.

"AzPolitika.info" Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun həmin çıxışını təqdim edir: "CHP-nin bir sədr müavinin var, keçmişdə qısa bir müddət mənim məmurum olub. İndi bunları söyləmək istəməzdim, amma bu adam Türkiyəni qaralamaq üçün belə alçaqca açıqlamalar verirsə, mən də onun kim olduğunu göstərəcəm. Vaxtı ilə mənə gəlib "bu nazirlikdə tək bir AK partiyalı varsa, o da mənəm" deyib yalvaran bu zavallı, indi partiyanın adını belə doğru söyləmir. İndi gəlmiş Azad Suriya Ordusuna çamur atır. Sən necə bir milli insansın?

Bununla bağlı başqa bir hadisəni də söyləyim. Bir neçə il əvvəl Mosul Baş konsulluğumuz İŞİD tərəfindən ələ keçirilmişdi. Həmin vaxt bu zat, qorxusundan "baş konsul mən deyiləm" deyib. Bunu oradakı mühafizəçilər, özəl hərəkatçılar və konsulluqda çalışanlar söyləyir. İfadələri nazirlikdə saxlanılır. Belə bir qorxaqdır bu. Biz indiyə qədər kimisə ittiham altında buraxmamaq üçün bunları söyləmədik. Ancaq sən bizim terrora qarşı mücadiləmizdə Türkiyəni zəif düşürmək üçün belə alçaqca açıqlamalar verərsən, mən də bunları söyləyərəm ki, bütün Türkiyə sənin kim olduğunu bilsin.

Bundan əlavə bu zat Avropa Nazirliyində görəv aldı, ancaq 15 gün sonra oradan da qovuldu. Onun da səbəbini Volkan Bozkırdan öyrənin. Nədən qovulduğunu mən açıqlamaq istəmirəm. Yaxşı, sən ey qafil, necə olur da, bu gün əsgərimizlə çiyin-çiyinə vuruşan kişilərə İŞİD-çi deyirsən? Sənin problemin nə, nə üçün belə söyləyirsən? Onlar irəlilədikcə, zəfər əldə etdikcə "Allahu Ekber" dedikləri üçünmü rahatsız olursan? Biz də "Allahu Ekber" deyirik. Bizim dinimiz İŞİD kimi terroristlərə qaldımı? Həm də biz  "Allahu Ekber" deyirik. Sənin keçmişin kimi  'Tanrı uludur' demirik. Görürsüz, müxalifət necə  hala düşüb?Zavallılar əsgərimizi, terrorla mücadilə edən şəxsləri hədəf alırlar. Əcaba sən də PKK-çı terrorçuların Markisist, Leninist, Kommunist, Ateist ideologiyasını məmimsəmisən? Buna görə onlara qarşı mücadilə edənləri hədəfə alırsan?

Sən Qars, Ardahan, Iğdır bölgəsindəki igidlərimizdən heç dərs almadınmı? O bölgədə bir çox Azəri əsilli qardaşlarımız var, onlardan mərdlik öyrənənmədinmi? Onlardan bir şey öyrənənmədin, heç Strazburqda Avropa Şurası  Parlament Assambeleyasında Türkiyənin yanında dimdik duran Səməd Seyidovdan da mı utanmadın? İndi mən sizdən soruşuram: siz bu ölkəni belə kişilərə təslim edərmisiniz? İçində DHKPC- lilərin olduğu, PKK-lılara simpatiya duyan ve dəstəkləyən partiyalılara Türkiyəni əmanət edərmisiniz? O zaman daha çox çalışmamız lazım."

Elman

"AzPolitika.info"

635x100

Şərhlər

R-n 2018-01-28 12:46:58

...S.Seyidovu gehreman edirsiz,o ise --------

G.M 2018-01-28 12:46:58

Azad suriya ordusu ASO-Bu nə deməkdir.Azad Suriya Dövləti varmı ki,onun Ordusu da olsun..allaxuakbar deyənlər əlbəttə ki,İŞİD-çilərdi.

Son yazılar