TÜRK ORDUSUNDAN ÖNƏMLİ QƏLƏBƏLƏR -  Burseya dağını ələ keçirdi, Cinderesə girdi

Bu gün Türkiyə ordusu və Azad Suriya Ordusu Afrinin şimal-şərqində yerləşən Burseya dağında YPG terror təşkilatı ilə şiddətli döyüşlərə başlayıb.Quru qüvvələrlə yanaşı əməliyyata hərbi təyyarələr də qoşulub. YPG-nin buradakı beton mövqeləri təyyarələr və “Fırtına” özüyeriyən artilleriya qurğuları vasitəsilə darmadağın edilib.

Ağır döyüşlərdən sonra Türkiyə ordusu Afrində yerləşən Burseya dağını ələ keçirib.

Bu dağ sayəsində YPG Türkiyənin Kilis vilayəti və ASO-nun nəzarətində olan Azez şəhərini atəş altında saxlaya bilirdi.

Bundan əlavə Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Burseya dağının cənubundakı Kastel Cündo kəndini ələ keçirib. Axar.az xəbər verir ki, bu barədə "Axşam" qəzeti məlumat yayıb. Əməliyyat zamanı kəndin PYD/PKK terrorçularından təmizləndiyi bildirilib.

Bundan sonra Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrinin qərbində yerləşən Cinderes qəsəbəsindəki PYD/PKK mövqelərini bombardman etməyə başlayıb.Axar.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

“Zeytun budağı” əməliyyatı çərçivəsində hücumlarını davam etdirən türk ordusu Cinderesdəki terror qruplaşmalarına məxsus mövqeləri hərbi təyyarələrlə bombardman edib.

Qeyd edək ki, Cinderes Türkiyə üçün mühüm əhəmiyyət daşıyır. Belə ki, terrorçular məhz bu mövqedən Türkiyənin Reyhanlı mahalını asanlıqla raket atəşinə tuta bilirlər.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalındakı Afrin bölgəsində keçirdiyi "Zeytun Budağı” əməliyyatı çərçivəsində zərərsizləşdirdiyi terrorçuların sayı 484 nəfərə çatıb. Bu barədə "Anadolu" agentlliyi məlumat yayıb.

635x100

Şərhlər

G.M 2018-01-28 21:19:01

Türkiyəni millətim olduğu üçün sevirəm.Atatürk idealımdır.Hər bir Türkün dərdi,dərdim,sevinci sevincimdir.Ancaq Suriya ərazisində Türkiyə iqtidarının apardığı müharibənin məntiqini anlamıram.Türkiyə Suriya ərazilərini kürdlərdən necə təmizləyə bilər ki..Yaxşı olmazdımı ki,əzəldən Suriyanın bölünməsinə hesablanmış müharibəyə girişməyəydi.Niyə anlamadılar ki,İraqın,Suriyanın parçalanması,işğalı Türkiyə üçün hansı fəsadları yaradacaq.Allah Türkiyəni Qorusun.

Azad 2018-01-28 21:19:01

Canım TÜRKİYƏ irəli. Allah üstünüzcə olsun.Şəhidlərimizə allah rəhmət eləsin.Bu haqq savaşınız uğurlu olsun. Qələbələriniz bütün TÜRK dünyasının qələbəsidi. Dualarımız TSK-i üçündür. ALLAH qorusun.Terrorçulara və himayədarlarına Allah qənim olsun, necəki olur...

Son yazılar