Çin, ABŞ-ın hərbi gücünü ötüb-keçmək niyyətindədir

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çin Amerika Birləşmiş Ştatları (ABŞ) ilə müqayisədə hərbi paritetə nail olmaq yolunu tutub və öz ordusunu elmin köməyi ilə inkişaf etdirmək barədə düşünür.

«South China Morning Post» nəşrinin məlumatına görə, bu tapşırıq üzrə Çinin hərbi elmlər akademiyasında Xalq-azadlıq ordusu (XAO) tərəfindən seçilmiş 120 ən yaxşı mütəxəssis çalışacaq.

Tədqiqatçıların 95,0 faizindən çoxu alimlik dərəcəsinə malikdir. Onlar süni intellekt və kvant texnologiyaları üzrə ixtisaslaşıblar. Bu qrup yeni silah növlərinin, o cümlədən, döyüş robotları yaratmaq üzərində işləyəcək.

Bu iş, Çin Xalq Respublikasının (ÇXR) sədri Si Tszinpinin istəyi ilə əlaqədar olaraq, «zəruri situasiyanın yaranacağı hallarda ixtiyari düşmənə layiqli cavab verə bilən» ultramüasir ordunun yaradılmasını nəzərdə tutur.

Hazırda Çin ordusu say tərkibinə görə, dünyada ən nəhəngidir. Onun sıralarında 2,3 milyona yaxın hərbçi və ya ÇXR-ı əhalisinin 0,18 faizi qulluq keçir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar