«Afrika xalqlarına dərin hörmətlə yanaşıram» - Tramp növbəti dəfə dediyindən döndü...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Afrika İttifaqının Efiopiyada keçirilən sammitinə ünvanladığı məktubda Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp qeyd edib ki, Afrika xalqlarına «dərin hörmətlə» yanaşır. ABŞ bu ölkələrlərdən qanuni miqrasiyanı təmin etmək və onlarla əməkdaşlığı genişləndirmək istəyir. Üstəlik də o, mart ayında ABŞ dövlət katibi Reks Tillersonu qitəyə uzunmüddətli səfərə göndərmək niyyətindədir.

Göründüyü kimi, ABŞ diplomatları Prezidentin məlum fikri ilə meydana gəlmiş qalmaqalı bir qədər yumşaltmağa çalışıblar.

Mətbuatın yazdıqlarına görə, guya Tramp bir sıra dövlətləri, o cümlədən, Afrika ölkələrini «çirkli yuva» adlandırıb. Bu hadisə Trampın Ağ Evdə ABŞ Konqresi üzvləri ilə immiqrasiya islahatlarına həsr olunmuş görüşü zamanı baş veib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar