"SİLAHLI MÜBARİZƏYƏ İLK ÇAĞIRIŞ EDƏN ƏLİZADƏ OLUB" - Etibar Məmmədov

Azərbaycan Xalq Cəbhəsi (AXC) İdarə Heyətinin keçmiş üzvü Etibar Məmmədov haqqin.az-a açıqlamasında İdarə Heyətinin başqa keçmiş üzvü Zərdüşt Əlizadənin 1990-cı ilin 20 Yanvar hadisələri ilə bağlı dediklərinə münasibət bildirib.

Etibar Məmmədov hesab edir ki, Zərdüşt Əlizadə tarixi faktları təhrif edib:"Əgər Əlizadə unudubsa, onda mən ona xatırladıram: Sovet qoşunlarına qarşı intifada (silahlı mübarizəyə-red.) birinci çağıran məhz o idi. Əgər onun yaddaşı belə qısadırsa, onda ona başqa bir faktı da xatırladıram: Azərbaycanda qanuni hakimiyyəti ilk dəfə Lənkəranda onun silahdaşı Əlikram Hümbətov devirdi və regionun başçısı oldu, sonra bu ssenari üzrə respublikanın 17 başqa rayonunda da qanuni hakimiyyəti zəbt edildi”.

E.Məmmədov qeyd edib ki, əslində onda AXC seçkilərə hazırlaşırdı, qarşıdurmaya yox. Amma SSRİ-nin və respublikanın rəhbərliyindəki müəyyən güclər bu hərəkatın yolunu dəyişdirə bildilər: "Bunu təsdiq edən sənəd var. 30 dekabr 1989-cu il tarixində Bakıda keçirilən mitinqdəki çıxışımın stenoqramını təqdim edə bilərəm, harada ki, mən aydın şəkildə demişəm: “biz seçkilərə gedirik və bizdə qarşıdurmaya getmək niyyəti yoxdur”. Əlizadə deyir ki, biz gündəlik mitinqlər təşkil edirdik, ancaq o burada da unudur ki, AXC-nin həmin mitinqlərə ümumiyyətlə heç bir aidiyyəti yox idi.

Mitinqlər müəyyən insanlar tərəfindən təşkil edilirdi, hansılar ki, Cəbhə ilə heç bir əlaqəyə malik deyildilər. Bəs hakimiyyət onları niyə qovmurdu? Bu sualı SSRİ-nin və respublikanın o vaxtkı rəhbərlərinə ünvanlamaq daha yaxşı olardı. Bizdə bir hədəf var idi - seçkilərdə qanuni yolla qalib gəlmək. Və yeri gəlmişkən, biz onda Baltikyanı yolu seçmişdik və bütün fəaliyyətimiz seçki prosesinə yönəldilmişdi. Və əgər Ali Sovet seçki qanununu qəbul etsəydi, onda artıq iki-üç aydan sonra seçkilər olardı. Amma Qorbaçovun başçılığı ilə SSRİ-nin o vaxtkı rəhbərliyi, 1990-cı ilin yanvarında təxribat təşkil edib, bizim bütün planlarımızı pozdu. Bundan başqa, həmin ərəfədə Nemət Pənahlı və başqaları kimi radikal fəallar, həmçinin Zərdüşt Əlizadə öz adamları ilə Cəbhənin İdarə Heyətindən getmişdilər. İndi ondan soruşmaq istəyirəm: bir halda ki, o, radikal metodlara qarşı idi, onda Lənkəranda qanuni hakimiyyəti zəbt edən silahdaşı Əlikram Hümbətovu niyə dayandırmadı və hətta bu addımı qınamadı?".

 

E.Məmmədovun dəmir yolundakı tətillərə də öz baxışı var və o, Z.Əlizadədən fərqli olaraq hesab edir ki, bu həmin dövr üçün bəraət qazanmış mübarizə metodu idi.

"Bu tətillərlə biz müəyyən hədəfləri təqib edirdik: birincisi, respublika hakimiyyətinə təzyiq göstərirdik ki, onlar müstəqillik haqqında Konstitusiya qanununu qəbul etsinlər. İkincisi, istəyirdik ki, Ermənistanın blokadası təşkil olunsun, çünki respublikamıza qarşı təcavüzkar hərəkətlərə təşəbbüs göstərirdi. Bu hədəflərə də nail olunmuşdu: artıq sentyabrda müstəqillik haqqında Konstitusiya qanunu qəbul edilmiş və Volskinin başçılığı ilə fəaliyyət göstərən Xüsusi İdarəetmə Komitəsi buraxılmışdı. Bu tətillər olmadan, SSRİ-nin və respublikanın o vaxtkı rəhbərliyinin bu addımlara getməyəcəyini isə Əlizadə özü də etiraf edir", - E.Məmmədov vurğulayıb.

Və axırda o, Zərdüşt Əlizadəyə məsləhət görüb ki, "bəzən öz yaddaşını təzələsin və yoxlanılmamış faktları necə gəldi səpələməsin”.

635x100

Şərhlər

Raqib 2018-01-28 22:31:00

İndi bir-birinizin iç üzünü açmağa başladınız? Milləti zəlil günə salıb.kənarda piylənirsiniz.Ayıb.

Turksoy 2018-01-28 22:31:00

Etibar Memmedov Azerbaycan mustaqilliyinde evezsiz xidmeti olanlardan belke de birincisidir.Bunu zehmeti olan Azerbaycan dovletciliyininde xidmeti olanlar bilir.cox maraqlidir tarixi saxtalasdirmaga cehd edan zerdust kimi etnikler ne isteyir.Etibar bey gec-tez oz sozunu deyacak.Insallah

Müfəttiş 2018-01-28 22:31:00

Ruslar müttəfiq Respublikalardan öz xoşları ilə çəkilirdilərsə daha Qazaxıstanda, Tbilisidə və Bakıdakı dinc əhaliyə qarşı törədilmiş hadisələr nə idi ? Heç kim nöqsanlardan xali deyil, siyasətçilərə iradlar çox olar. Amma gəlin hadisələrə, zamana uyğun qymətlər verək. E.Məmmədov, eləcə də onun o dovrdəki vicdanlı, vətənsevər hərəkat yoldaşları öz gələcəklərini və karyeralarını siyasətə qurban verdilər, qazancları da heç nə oldu...

Hacıveli 2018-01-28 22:31:00

Xalqımızın bütün bu günki bedbextçiliklerinin baiskarı xalq cebhesi deyilen bu başıpozuqlardır. 20 yanvarın da esas baiskarı bunlardır. O dövrde sadelövh xalqı tehlükeli avantüralarına çeken de bunlardır. Ruslar özleri SSRİde çıxmaqla onsuzda 14 respublikaya müsteqillik verdiler de... Eger rus burdan özü çıxmaq istemese idi dünya gelsede çıxmazdı.

Abit 2018-01-28 22:31:00

Satqınların bir encamı var----------

Müfəttiş-ə G.M 2018-01-28 22:31:00

O sadaladığınız Respublikalarda qanın tökülməsi SSRİ Vətəndaşlarını Kremildən iyrəndirmək cəhdi idi.Çünki Qarbaçov götürdüyü ``öhdəliyi`` yerinə yetirməsəydi nəsilini kəsərdilər.Rusiyada və eləcə də regionlarda SSRİ-ni saxlamaqda maraqlı olan qüvvələr daha çox idi.Onsuz da SSRİ geci-tezi çökməliydi.Getdikcə avtoritorlaşan,uğursuz ``kommunizm`` idyalogiyası faş olan bir nəhəng İmperiya çox yaşaya bilməzdi.Ancaq ABŞ o günü gözləmək niyətində deyildi.

turksoy 2018-01-28 22:31:00

Milletin bezi tarixini bilmeyen ve milletine deyer vermeyi bacarmayan unsurlarina cavab vermek istemezdim.En boyuk bedbextlik burdadir ki bu rus ve ermeni esaretinde boyuyanlar bizim mustaqilliyimizi adilesdirirler ve ruslar terefinden verildiyini uydururlar.Bu dusman xisletidir.Bes SHehidler Xiyabaninda uyuyan Qehremanlar kimlerdir.Hec olmazsa susun.Bizim mustaqilliyimiz Qehremanlarin qani bahasina olub ay hacivelliyanlar

Azərbaycan vətəndaşı 2018-01-28 22:31:00

Türksoy nə üçün o 20 yanvar hadisələrində AXC-nin rəhbərlərinin birinin burnu qanamadı.SSRİ-ni dağıtmağı Qorbaçov ABŞ qarşısında öhdəçiliy kimi götürmüşdü.İnsanları aldadıb yollara cıxarıb özləri qaçıb gizlənmişdilər.Şərh yazanda etik qaydalara riayət etsən daha yaxşı olar.Sənin soy adının axırına yan əlavə etsələr xoşun gələrmi?Qətiyyən yox.Tarix kimin kim olduğunu açıb göstərəcək.On da bu xalq hər şeyi biləcək.

turksoy baya 2018-01-28 22:31:00

Şəhidlər Xiabanında uyuyanlar əksəriyyəti Qarabağ döyüşlərində Qəhrəmanlıqla həlak olanlardılar ..qalanları da bunlrın `bəlasına düşənlərdi.Yaxşı olardı ki,hər kəs başı çıxan işlə məşğul olaydı

Turksoya cavab 2018-01-28 22:31:00

Bəlkə SSRİ-nin tərkibində olan bütün respublikalara müstəqilliyi AXC verib.Mən o vaxt qisa müddət AXC üzvü oldum.Onları yalnız bir məsələ düşündürürdü.Hansı yolla olur olsun tezliklə hakimiyyətə gəlmək.Hətta Laçın işğal olunan zaman onlardan biri Azdlıq radiosuna müsahibə verərək deyirdi.Baxma ki,bu gün Laçın işğal olunub,sevindirici haldır ki,bu gün Bakıda AXC hakimiyyətə gəlib.İndi həmən şəxs MM-nin deputatıdır.O ki,qaldı Z.Əlizadəyə,o etnik deyil.Sadəcə olaraq özünü başqa millətə calaq etmir.

Özğə Mollayev 2018-01-28 22:31:00

"M.Ə.Rəsulzadə bayrağı" ilə hakimiyyətdən "Müstəqillik tələb edəni", şəxsən özünə qarşı yönəlmiş 20 yanvar Bakı qırğınından sonra M.Qorbaçov qəbul edərdimi? Ə.Elçibəy, İ.Qəmbər, E.Məmmədov və N.Pənahovun ən yaxın "Müstəqillik silahdaşları" A. və L.Yunuslar 28 illik münasibəti ilə bu haqda yeni(infarktoz) açıqlamalar yayıblar. Baş nazir olmasa da illərlə 1918-20 AXCümuhürriyəti üçün tələb etdiyi möhtəşəm anım obyektini E.Məmmədov artıq 100 illik ərəfəsində belə tələb etmir?

t.ədalət 2018-01-28 22:31:00

Əlizadə qardaşları 20 Yanvar soyqırımı ərəfəsində və sonralar çox fəallaşmışdılar. A.Mütəllibov tərəfindən Müd.naziri təyin olunan Tacəddin Mehdiyevin müdafiəçilərindən biri də Zərdüştün qardaşı Araz Əlizadə idi.O, camaata "şıllaq atır" və ortalığı qarışdırmaqla məşğul olurdu.Yadımdadır,əslən Naxçıvandan olan bir vətənpərvər gənc Arazın murdar hərəkətindən bezikib ona güclü bir sillə vurdu.Nəticdə Araz Şəhriyar adına klubun önündə torpağı qucaqladı..

rauf 2018-01-28 22:31:00

etibar olmasaydı indi biz hele de Azerb.ssr de yaşayacakdık.

turksoy 2018-01-28 22:31:00

Etibar Memmedov Azerbaycan tarixinde serefli iz qoyan sexsiyyetdir.Ancaq men mecbur olub turksoybay ve azerbaycan(yeqin ki etnikdir)vetenadsi bir kelme demak istardim ki bunlar yanlarin sudun icenlerdir.Tebii ki Shehidler Xiyabaninda uyuyan Qehremanlarin ekseriyyeti Qarabag savasinda olanlardir.Ancaq unutmaq lazim deyil ve bosh bashinizla dusunun ki Azerbaycan mustaqilliyi ucun ilk canlarini veran 20 Yanvar sehidleridir.Allah rehmet etsin.Sizin kimi yan sudu emenler ise duzalmayacaklar/

Elburus 2018-01-28 22:31:00

Etibar Bəy Amip ə baxanda hec ... Əli Əliyevi sixmagla deyil e hec olmasa o ortaligda var.... Bizdə ona qulag asib Əlini qinadig....

R-n 2018-01-28 22:31:00

-------------

Keçmiş AXC üzvü 2018-01-28 22:31:00

Mənim Etibar Məmədova bir sulım var.Nə üçün 20 yanvar hadisəsindən sonra o dərhal Moskvaya getmişdi.Onu orada kim gözləyirdi.

G.M 2018-01-28 22:31:00

Hələ də Etibar və.s ``qəhrəmanlar`` özlərini Qəhrəman hesab edirlər.Mən bir daha deyirəm.Azərbaycanda onlar olmasaydılar da ruslar bizi özlərindən ayırıb müstəqil edəcəkdilər.Başqa Respublikalarda olduğu kimi Bakıda da mitinqçilər Qarbaçovun təşkilatı tərəfindən idarə olunurdu.Topxana harayına yığışan insanları məhz Moskva Etibarlar kimilərin əliylə başqa səmtə yönəltdi.Bakıda idarəçilik Moskvadan əngəllənir və qanunu pozanların həbsinə icazə verilmirdi.Bakı,Qarbaçova müttəfiq kimi yox,yem kimi lazım idi

REDAKTOR 2018-01-28 22:31:00

EY GOYCƏLİ BALASİ SƏNİNDƏ BİR VAXTLARİN VAR İDİ. DAM-DOLU İQAMƏTGAHİN, KABİNETİNDƏ İSƏ DORT NƏMRƏ DOVLƏT TELEFONUN. BİR CANGUDƏNİNƏ GORƏ İSƏ O BOYDA YASAMAL RAYON POLİS İDARƏSİNİN RƏİSİNİ KABNETİNDƏN OĞURLAYİB BİNƏQƏDİDƏ YERLƏSƏN İQAMƏTGAHİNA APARİLAN VAXTLAR OLUB. AMMA BİR ELOĞLU KİMİ SƏNƏ GUVƏNDİYİMİZ A DAĞLAR SOHBƏTİ DƏ VAR İNDİ...

-------------------------- 2018-01-28 22:31:00

AXC-nin kim tərəfindən və nə üçün yaradılmasını bilməyən Türksoy gedib bunu öyrənsələr yaxşı olar.

Son yazılar