Tramp Britaniyanı müdafiə edəcəyinə söz verib - Ehtiyac yaranarsa...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp əmin edib ki, Böyük Britaniyanın Baş naziri Tereza Meylə çox yaxşı münasibətləri var və ehtiyac yaranarsa, Vaşinqton Londonun «köməyinə gələcək».

«Mən deyə bilərəm ki, sizin Baş nazirlə çox yaxşı münasibətlərim var. Mən onun dediklərinin və elədiklərinin çoxunu dəstəkləyirəm. Mən, onu hərbi planda çox güclü dəstəkləyirəm. Nə isə baş verərsə biz, sizin köməyinizə gələcəyik, ancaq ümid edirəm ki, heç nə baş verməyəcək» - deyə, Tramp «İTV» telekanalına verdiyi müsahibədə bəyan edib.

Müsahibədən parçalar «Tvitter»də «Good Morning Britain» verilişində dərc olunub.

Tereza Mey 2017-ci ildə kraliça Yelizavetanın Britaniyaya rəsmi səfərə dəvətini Trampa təqdim edib. Bundan sonra, təxminən 2 milyon britaniyalı ABŞ Prezidentinin səfərinin ləğv olunmasını tələb edən petisiyanı imzalayıb. Vətəndaşların bu qəzəbinə səbəb Trampın immiqrasiya qadağaları olub.

Yanvar ayında Tramp «Tvitter»də Böyük Britaniyaya səfərini ləğv etdiyini yazıb və bunu Britaniyanın bundan əvvəlki administrasiyasının davranışı ilə razı olmadığı səbəbilə izah edib.

Davos forumu çərçivəsində Tramp, Tereza Meylə görüşü zamanı iki ölkə arasında pis münasibətlərin yaşandığı barədə yayılmış söz-söhbətin heç bir əsasının olmadığını bəyan edib və bu ölkə ilə ticarətin həcmini bir neçə dəfə artıracağına söz verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar