Türkiyə ordusu Afrində 557 terrorçu məhv edib

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində bu gün PYD, YPG və İŞİD terror təşkilatlarına məxsus 20 obyekt dağıdılıb, 73 terrorçu məhv edilib. APA-nın xəbərinə görə, bu barədə Türkiyə Baş Qərargahının məlumatında bildirilir. Məlumata görə, əməliyyat başlayandan bu vaxtadək ümumilikdə 557 terrorçu məhv edilib.

Məlumata görə, yanvarın 28-də əməliyyata 13 təyyarə cəlb edilib. Terrorçularla döyüş zamanı iki hərbçi yaralanıb.

Əməliyyatın planlı şəkildə davam etdirildiyi bildirilir.

Qeyd edək ki, Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı “Zeytun budağı” əməliyyatına başlayıb.

635x100

Şərhlər

t.ədalət 2018-01-28 23:31:13

Allah Türkü və onun Ordusunu daima uca etsin!Afrin əməliyyatı ilə Türkiyə PKK-çıların indiyədək olan arzularına son qoydu!Azərbaycanda yaşayan bəzi PKK simpatizanı kürd ideoloqları,guya,"PKK öz hökumətini quracaq" kimi sərsəm çıxışları ilə zəhlə tökürdülər.Elə bilirəm ki,hazırda Azərbaycanda fəaliyyət göstərən gizli PKK simpatizanı kürd təşkilatları da bundan sonra susacaq,ermənilərə və amerikaya bəslədikləri ümidlərin heç olacağını dərk edəcəklər.Yalançı "türkçülük" maskası ilə dolanıb ayağımızın altını qazımaqdan vaz keçəcəklər..

Son yazılar