FAZİL MƏMMƏDOV ƏMLAKINI SATIŞA ÇIXARIB - Avtomobillərini bacısı oğlu satır

Sabiq vergilər naziri Fazil Məmmədov bahalı avtomobillərini satmağa başlayıb.Bakupost-a daxil olan məlumata görə, keçmiş məmur-oliqarx bu avtomobillərini bazar qiymətindən xeyli ucuz təklif edir. Bunun səbəbi isə adına olan əmlakları təcili sürətdə azaltmaq istəməsidir.

F.Məmmədovun yaxın ətrafından sızdırılan xəbərə görə, keçmiş nazirin bir neçə rayonda malikanəsi olub. Hər malikənsinin qarajında isə bahalı avtomobillər saxlayırmış. Satışa da məhz həmin avtomobillər çıxarılıb.

Bu günlərdə keçmiş nazirin Şəmkirdəki evinin qarajında saxlanılan "Land Rover Discovery” maşını satılıb. Məmmədov doğulduğu rayona gedəndə 2011-ci il istehsalı olan ful kompilektasiyalı həmin maşını idarə edirmiş. Avtomobilin 65 000 manata satıldığı bildirilir.

Qeyd olunur ki, avtomobillərin satışı ilə sabiq nazirin bacısı oğlu məşğul olur.

Məlumatlı mənbənin sözlərinə görə, keçmiş nazir təkcə avtomobillərini deyil, bir neçə mülkünü də satışa çıxarıb.

Xatırladaq ki, F.Məmmədov işdən azad olunandan sonra, mətbuatda Vergilər Nazirliyində korrupsiya halların aşkarlanması, buna görə də keçmiş nazirin istintaqa cəlb edilmək ehtimalı barədə xəbərlər yayılıb.

635x100

Şərhlər

ilqar 2018-01-29 11:59:19

salam dostum

AYRİM 2018-01-29 11:59:19

YALANSA DOĞRU OLSUN. YOX ƏGƏR DOĞRUSA ONDA BU GUN BUTUN VƏZİFƏLİLƏRƏ O CUMLƏDƏN DƏMİR YOLU VƏ AVTO YOLUN SƏDRLƏRİNƏ QİSMƏT OLSUN. CUNKİ ONLARİN VERGİDƏN YAYİNMALARİ OLAN FİRMALARİ DOVLƏTƏ MLYONLARLA BORCLUDUR. ELƏ BU BAXİMDAN FAZİLİ SEVMƏZLƏR. OĞURLAYİB OLİQARAXT OLUBLAR. FAZİL İSƏ BİNA YOL VERMƏDİYİNDƏN DUSMƏNİNƏ CƏVRİLİB... 2004-ĞU İLDƏ BƏYLƏRİN QARDASİ RAFİQ HUSNU QULİYEVİN ƏLİ İLƏ GƏNCLİKDƏKİ CAYXANADA QANUNSUZ SƏNƏD SATANDA FAZİL ONU HƏBS ETDİRDİ. İNDİ HUSNU AZƏRYOLDA SƏDR MUAVİNİDİ.

G.M 2018-01-29 11:59:19

Satdığa çıxarılan məmur əmlakı və ondan gələn gəlirin kasıb-kusuba nə aidiyatı var ki..Bu gün 65000 min manatı olan adamlar da xalqın qanını soran hansısa digər məmurlardı.Deməli ölkədə var-dövlət dələduzlar arasında ``transver`` olunur..

Abit 2018-01-29 11:59:19

Narahat olmayın o birisilerde yavaş-yavaş satırlar,bağlayırlar lijbi ellerinden alınmasın

Qədir 2018-01-29 11:59:19

O GÖZDSƏN PƏTDƏ ASMAQDIR. 20 İDİR VERGİ ÖLKƏNİ ƏHALİNİ ÇAPIB TALAYIR. MİLYARD YOX TRİLYON YEYİLİB. O PULLARI ORTAYA ŞIXARMAQ LAZIMDIR. YOXSA BİR DALI DAĞILMIŞ MAŞINLA MİLYARDLARE BAĞIANACAQMI YENƏ? BEYNƏLXALQ BANKDA MİLYARDLAR YOX OLDU CAHANGİRİ SOXDULAR İÇƏRİ BİR AZDAN DA BURAXARLAR.

Son yazılar