ASLAN İSMAYILOV MƏHKƏMƏYƏ GƏLDİ VƏ... QAÇDI! - Sonra da ittiham etdi...

Xəbər verdiyimiz kimi, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin hüquqşünas Aslan İsmayılova qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə prosesləri başlayıb.

A.İsmayılov prosesə qatılmaq istəmədiyindən iclaslar bir neçə dəfə təxirə salınıb, hətta hakim onun məcburi qaydada məhkəməyə gətirilməsi barədə qərar verib. Bununla belə, yanvarın 26-na təyin olunan iclasda da A.İsmayılovun iştirakını təmin etmək mümkün olmayıb - polis onu nə evində, nə də iş yerində tapa bilib.

Növbəti iclas bu gün saat 16:30-a təyin olunmuşdu.

Hələ səhər saatlarında A.İsmayılov "Facebook"da bəyanat yayaraq, həbs təhlükəsi olduğunu bildirmiş, hətta insanları "baş verənləri öz gözləri ilə görmək üçün" məhkəmənin önünə çağırmışdı. Sitat: "Aldığım dəqiq məlumata görə bu gün təxminən saat 16 radələrində polis əməkdaşları məhkəmə qərarını icra etmək üçün güc tətbiq etməklə məni Səbail rayon Məhkəməsinə aparacaqlar. Baş verənləri bilavasitə müşahidə etmək üçün Sizi saat 16.30-da Səbail rayon Məhkəməsinin qarşısına dəvət edirəm".

"AzPolitika.info"nun əldə etdiyi məlumata görə, iclasın başlamasına bir neçə dəqiqə qalmış A.İsmayıllov polis əməkdaşlarının müşayiəti altında Səbail rayon Məhkəməsinin önünə gəlib. Burda onu 4-5 nəfər qarşılayıb, onların da yarısı media mənsubu olub. A.İsmayılov onların qarşısında çıxış edib, bir sıra dövlət məmurlarının adını çəkərək onları tənqid edib. Bundan sonra onu müşayiət edən polislərin uzaqlaşdığını görərək, qəfildən və cəld şəkildə avtomobilinə oturaraq, məhkəmənin qarşısından qaçıb. 

Hakim iclası yenidən təxirə salmaq məcburiyyətində qalıb və fevralın 1-nə təyin edib.

Maraqlıdır ki, "Facebook"da 200 minlik səhifəsinin olduğu ilə öyünən, bunu əldə dəstəvuz edərək yetənə yetən, yetməyənə də bir daş atan, özünü az qala əvəzolunmaz şəxsiyyət, hətta ara-sıra Azərbaycanın Saakaşvilisi kimi qələmə verən, özünəvurğunluğu xəstəlik həddinə çatan bu başabəla hüquqşünasın "həbs olunacam" harayı altındakı dəstək çağırışına heç 10 nəfər belə cavab verməyib.

***

Bu gün polis müşayiəti altında Səbail rayon Məhkəməsinin önünə gətirilən, burda onu qarşılayan 4-5 nəfərin qarşısında çıxış etdikdən sonra tələsik maşınına minərək ərazini tərk edən hüquqşünas Aslan İsmayılov, bir neçə saat sonra "Facebook"da status yazaraq, onu müdafiə etmək üçün məhkəmənin önünə gəlmək çağırışına biganə qalan izləyicilərini qınayıb. Sitat: "Bu gün məhkəmə qarşısına gəlib mənə dəstək olan 15-20 nəfərin hər birinə minnətdaram. Sumqayıtdan dəstək olmaq üçün məhkəmə qarşısına gələn xanım qarşısında isə baş əyirəm. Artıq 60 yaşım var. Nəyi, niyə etdiyimi gözəl bilirəm. Bu gün etdiklərim kimlərəsə minnət qoymaq üçün deyil...

 Facebook səhifələrimdə olan 300 mindən artıq izləyicinin 1%-i demirəm, heç olmasa 0,1%-i məhkəmə qarşısına gəlsə, hakimiyyətdə olanlar bu səhifələrimdən dediklərimizə fikir verərdilər... Siz isə gəlmədiniz. Demək yazdıqlarım boşunadır, Sizi, yəni Azərbaycan vətəndaşlarını narahat etmir. Siz həyat şəraitinizdən razısınız, Aslan İsmayılov isə ara qaraşdırır, xalqın dəstək olduğu hakimiyyəti nüfuzdan salır, ona görə də onun yeri həbsxanadır.

Bilirəm ki, bir neçə növbətçi bəhanə də tapacaqsınız, çünki hər bir insan etdiyi ən əyri əmələ də düzgünlük donu geyindirməyə çalışır. Qorxuruq, hakimiyyət bizi tutacaq fikrinin burada artıq yeri yoxdur, çünki açıq məhkəmə iclasına gəlməyə görə bu günə qədər heç kimi təqib etməyiblər...

Gəlmədiyinizə görə heç birinizdən incimirəm, sadəcə həyatınıza bu qədər laqeyd olduğunuza görə üzülürəm".

 

635x100

Şərhlər

yassara 2018-01-29 22:54:55

ekebala,menim adim Dolduran,soy adim Qavaliyanovdu,ferq elemez ...

AYRİM 2018-01-29 22:54:55

GƏDƏBƏY RAYON İHB MUAVİNİ .....ERMƏNİ İLƏ SƏRHƏD BOLGƏSİ OLAN GƏDƏBƏY RAYON POLİKLİNİKASİNİN BAS HƏKİMİDİR. YASA ODLAR YURDU AZƏRBAYCANİM. ERMƏNİ BİZİMLƏ FƏXR EDİR. AZPOLİTİKA NİYƏ SƏRHLƏRİ VERMİRSİZ. BU İCTİMAİ MARAQDİ. BƏLKƏ ERMƏNİLƏRLƏ ƏLBİRSİNİZ. MƏN YAZDİN GUNAH SİZDƏ.

zaza 2018-01-29 22:54:55

---------------

ayrim yasar-a 2018-01-29 22:54:55

Ekebala, senin "pocerkin" mene taniw gelir,elebil seni hardasa gormuwem, dayan-dayan,yadima duwdu,sen Ehmedlide qiw aylari qatiq,yayda ise ayran satan yasar deyilsenki?

ILgar 2018-01-29 22:54:55

Bir millet olarag gorxumuzdan hər şeyi gurban veririk, hətta bizi sevənləri. Aslan əsl Türk Aslanidir.

Mirzə AĞ 2018-01-29 22:54:55

İstədim nə isə yazım, qələmimi ağlamaq tutdu!!!

G.M 2018-01-29 22:54:55

elə bu yerdə Şairin sözü yadıma düşdü..``Tək qalan Aslana yazığım gəlir``.

Abbas 2018-01-29 22:54:55

Onun dostu ermeni Meliksah Acuner Baki Saglamliq Merkezine direktor teyin edilib

YASAR 2018-01-29 22:54:55

ASLANİN ERKƏYİ DİŞİSİ OLMAZ DEYƏNLƏR aslan ismayiLİ GORƏNDƏ DEYƏSƏN YANİLİB. SƏN DEMƏ ASALANDAN DAVSANDA OLA BİLƏRMİŞ BİR SEYDƏ VAR. İGİDLİK ONDU DOQQUZU GOZƏ GORSƏNMƏMƏK BİRİ İSƏ QACİB GİZLƏNMƏK. O Kİ QALDİ HQAFİZƏ BUNU HANSİ KATEQORİYAYA AİD EDƏK BLİNMƏZ. MƏN BİLƏNİ AZƏRYOL SDALEH MƏMMƏDOV DURUB ONUN ARXASİNDA. NECƏ Kİ ƏLİ KƏRİMLİYƏ OLAN MƏHƏBBƏTİNDƏN.

Serlok 2018-01-29 22:54:55

Nece deyerler. ------- Trollar yaman canfesanliq edir!

Bashirov Qarib 2018-01-29 22:54:55

Insanlarin menevi cehetden sindirilmasi , mehv edilmesi ugrunda amansiz mubarize gedir.H.Haciyev kimileri hemisheki kimi xususi canfeshanliq edir.Merd insanlar yox, hafiz kimiler meydanda qalmalidir- bu milletin bir numunesi kimi.Zaten de, bu proses ugurla gedir.

YASAR 2018-01-29 22:54:55

YASARA YAZANA- NƏ OLDU OXUDUN CƏSARƏTİN CATMADİ YAZMAĞA, YOXSA DALİN BOSDU?Y DA SAYTİN MANJETİ BURAXİR.

Son yazılar