Qazaxıstanda Almaatı yaxınlığında zəlzələ olub

Qazaxıstanın Almaatı şəhərindən 55 km şərqdə 5.1 maqnituda gücündə zəlzələ baş verib.

“Report” xəbər verir ki, bu barədə respublikanın Təhsil Nazirliyinin Elm Komitəsinin Seysmoloji elmi-təcrübi ekspedisiya xidmətinin məlumatında bildirilir.

"Zəlzələnin episentri Qazaxıstan ərazisində, Almaatıdan 55 km məsafədə yerləşib. Maqnituda 5,1 olub", - deyə xidmətin məlumatında qeyd edilib.

Bildirilir ki, yeraltı təkanların ocağı 5 km dərinlikdə olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar