Mirmahmud Mirəlioğlu prezidentliyə namizəd olacaq

mirmahmudmireliogluKlassik Azərbaycan Xalq Cəbhəsi Partiyası (KXCP) 2018-ci ildə keçiriləcək prezident seçkilərinə qatılmağa qərar verib.

Qərar partiyanın Ali Məclisinin bügünkü toplantısında qəbul edilib. Bu haqda partiyanın bu gün yaydığı məlumatda bildirilir. KXCP sədri Mirmahmud Mirəlioğlunun prezidentliyə namizədliyi irəli sürülüb.

Xatırladaq ki, bu il Azərbaycanda prezident seçkiləri oktyabrın 17-də keçiriləcək.

M.Mirəlioğlu 1980-cı illərin əvvəli- 1990-cu illərin sonlarında milli-demokratik hərəkatın fəal iştirakçılarından olub.

1990-cı ildə Azərbaycan Ali Sovetinin deputatı seçilib. 1995-cı ildə Azərbaycanın müstəqilliyi bərpa olunduqdan sonra birinci çağırış Milli Məclisin üzvü olub.

2000-ci ildə M.Mirəlioğlu parlamentə deputat seçilsə də seçkilərin saxtalaşdırılmasına etiraz olaraq mandatdan imtina edib.

KXCP-dən əvvəl, yanvarın 27-də Müsavat Partiyası prezident seçkilərinə qatılmaqla bağlı qərar verib.

Müsavatın prezidentliyə namizədi partiyanın keçmiş başqanı İsa Qəmbərdir.

635x100

Şərhlər

Vətəndaş 2018-01-29 23:29:24

Ondan prezident ola bilməz.Bir də kim ona səs verəcək ki? onun səsi çoxdan batıb.Heç cəmiyyət də xatırlamır......Onun partiysının (əgər üzvü varsa ) illərdir səsi batıb.

Bəhram Cəfəroğlu 2018-01-29 23:29:24

Namizədlər nə qədər çox olarsa bir o qədər də fərqli və bəlkə də kardinal(problemi köklü bircə ərəfəyə həll edəcək) proqramlar müzakirəyə çıxarılacaq. Qonşu İranda buna bənzər seçki oldu və dünya aləmi demokratiyaya kardinal addımın şahidi oldu. Seçicilər illərlə çatışmayan siyasətə səs verdilər və bu gün İran dövlətinin heç bir rial sərmayə qoymadığı bütün Avropa onu dəstəkləməyə başlayıb.

Son yazılar