Azərbaycanlı turistlər ən çox Gürcüstana səfər edirlər

2017-ci ildə xarici ölkələrə gedən azərbaycanlı turistlərin sayı azalıb.Ötən il xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 4 faiz azalaraq 4108,9 min nəfər olub.

Qeyd edək ki, ölkə vətəndaşlarının 33,4 faizi Gürcüstana, 23,4 faizi İran, 22,5 faizi Rusiya, 14,6 faizi Türkiyə, 1,6 faizi Ukrayna, 1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,5 faizi isə digər ölkələrə səfər edib.

Səfər edənlərin 67,6 faizi kişilər, 32,4 faizi isə qadınlar olub.

Xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 79,6 faizi dəmir yolu və avtomobil, 20,1 faizi hava, 0,3 faizi isə su nəqliyyatından istifadə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar