DEPUTATLARIMIZ NƏ QƏDƏR MAAŞ ALIR? - Rəqəmlər

Deputatlar tez-tez maaşlarının az olmasıdan şikayətlənirlər.

2018-ci ilin büdcə müzakirələri zamanı deputat Siyavuş Novruzov da, əmək haqlarının yetərli olmadığını bildirib və artırılmasını təklif etmişdi. Bəs, deputatlar nə qədər əmək haqqı alırlar? Həqiqətənmi, onların əmək haqqı kifayət qədər deyil?

Minval.İnfo xəbər verir ki, deputatların maaşı qanun əsasında müəyyənləşir. Milli Məclisin Sədri üçün 2250 AZN nəzərdə tutulur. Millət vəkilləri isə bu məbləğin 70 faizi dəyərində – 1575 AZN məvacib alırlar. Üstəlik deputatlar aylıq vəzifə maaşlarının 50 faizi pul təminatı alır və bu məbləğ üçün vergi tətbiq edilmir. Beləliklə, aylıq deputat maaşı 2362 AZN-a yüksəlir. Nümayəndəlik səlahiyyətlərinin yerinə yetirilməsinə görə isə, il sonunda hər millət vəkilinə 3150 AZN əlavə ödənilir. Əgər millət vəkili təqaüdçü, komitə sədri və ya Milli Məclisin Sədridirsə onun aylıq gəliri 5000 AZN-a çatır.

Azərbaycanda minimum əmək haqqı 130 AZN, yaşayış minimumu isə əmək qabiliyyətli insanlar üçün 183 AZN, təqaüdçülər üçün 144 AZN, uşaqlar üçün isə 154 AZN nəzərdə tutulub. Deməli, iki əmək qabiliyyətli, bir uşaq, bir də təqaüdçüdən ibarət ailənin minimum aylıq ehtiyacı 664 manat kimi hesablanıb.

Sadə bir vətəndaşla müqayisədə, deputatı əlavə xərclərdən xilas edəcək üstünlükləri də var: Deputat ölkə daxili nəqliyyat xərclərindən azaddır, üstəlik xidməti avtomobillə də təmin edilir. Millət vəkillərinin dövlət tərəfindən ev və köməkçi təminatı kimi imtiyazları var. Deputat ildə iki dəfə olmaqla 3500 AZN məzuniyyət pulu da əldə edir.

Bu hesabla məlum olur ki, bir deputatın aylıq təxminən 2500 AZN gəliri var.

635x100

Şərhlər

Vətəndaş 2018-01-30 00:05:59

Onda bəs Siyavuş Novruzov niyə maaşının bir daha artırılmasını istəyirdi? Orta yaşayış minimumundan bu məbləğ nə qədər yüksəkdir?Bu necə deputatçılıqdır.Məgər o Azərbaycan vətəndaşı deyil? Onun seçki saxtakarlığından başqa nə işi var ki? Əgər varsa,açıqlasın ki,millət bilsin.

hərbi pensiyaçı 2018-01-30 00:05:59

... olsun!!! Onları ora seçən sadə xalqın nə qədər maaş aldıqlarından xəbərləri varmı?

Vətən OĞLU 2018-01-30 00:05:59

Xahiş edirəm -Millət vəkill-dövlət vəkili sözü ilə dəyişdirilsin,çünki millətin maaşı 130 azn-dir

TEQAUDCU MUELLIM 2018-01-30 00:05:59

BU GUN KIMLER VEZIFEDEDIR ONLAR DA BUDCENI OGURLAYIR ; SELLEME EMEKHAQQI ALIR, AILESINE GUN GUZARAN QURURLAR,TEQAUDE CIXANDA DA EN YUKSEK TEQAUD ONLARA VERILIR 45 IL QUSURSUZ MUELLIM ISLEMISEM , MENE 200 MANAT TEQAUD VERIRLER,XEYIRIM DE,SERIM DE,MEISET XERCLERIM DE ,DERMAN PULUM DA ONUN ICINDEDIR INAVIRSIZ ADAD KICIYIN DE, BOYUYUN DE YYANINDA BU HAQSIZLIGA GORE XECALET CEKIR

Son yazılar