“İcra məmuru məni həbs etdirmək istəyir, rüşvət tələb edir” – Şikayət (Video)

Bakı sakimi Əliyev Emin Əkbər oğlu “AzPolitika”ya müraciətində Yasamal İcra Şöbəsinin icra məmuru Ramin Muradovun “qanunsuz və özbaşına” hərəkətlərindən şikayətlənib.

Vətəndaş bildirib ki, Nərimanov rayon Məhkəməsinin qərarına əsasən, keçmiş həyat yoldaşı ilə birgə nikahdan olan övladı üçün hər ay 140 manat aliment ödəməlidir.

“Məhkəmənin belə bir qərar verməsindən xəbərim olmamışdı. Buna baxmayaraq, mən vaxtlı-vaxtında alimenti ödəyirəm. Arada atamın xəstəliyi ilə əlaqədar aliment ödəyə bilmədim. Lakin daha sonra yenidən ödəməyə başladım və bu gün də ödəyirəm. Əksər hallarda isə qərarda 140 manat yazılmasına baxmayaraq, 180-200 manat ödəyirəm. Lakin icra məmuru guya mənim alimenti ödəmədiyimi əsas gətirərək, mənə heç bir xəbər vermədən evimdə yaşaya-yaşaya barəmdə axtarış qərarı verib. Bundan sonra isə hətta protokol tərtib edərək, barəmdə həbs qərarı çıxarılması üçün məhkəməyə müraciət edib”.

Vətəndaş bildirir ki, dünən saat 20:00 radələrində iş hakim Azər Tağıyev tərəfindən icraata qəbul olunub. Bu gün səhər isə işə baxılıb. “Hal-hazırda Yasamal rayon Məhkəməsində hakim Azər Tağıyevin tərəfindən bu müraciətə baxılır. Bu tam qanunsuz hərəkətdir, düşünülmüş şəkildə mənə qarşı oyundur. Məni artıq intihar həddinə çatdırıblar. İndiyədək qarşı tərəfə 8 min manat pul ödəmişəm. Xahiş edirəm mənim bu məsələmi işıqlanırasınız”.

E.Əliyev bir qədər sonra yenidən “AzPolitika”ya müraciət edərək, tələb əsassız olduğuna görə məhkəmənin onu cəzalandırmaqdan imtina etdiyini bildirib və beləliklə icra məmurunun qərəzli olduğu, ona qarşı bilərəkdə haqsızlıq etdiyi öz təsdiqini tapıb.

“Mən dəfələrlə onun yanında olaraq, əsassız olduğu üçün axtarış qərarını ləğv etməyi xahiş etmişdim. Lakin o, bunun üçün məndən 100 manat rüşvət istədi. Bununla bağlı Korrupsiya İdarəsinə müraciət etmişəm”.

Əməkdaşımız vətəndaşın bu şikayəti ilə bağlı Yasamal İcra Şöbəsinin icra məmuru Ramin Muradovun mövqeyini öyrənməyə cəhd edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar