CABBAROV VERGİLƏRİ MAFİYALARDAN TƏMİZLƏYİR! - "Qovulanlar arasında "tapşırılanlar" da var idi..."

Vergilər Nazirliyinin fəaliyyətində və kadr heyətində ciddi dəyişikliklər davam edəcək. Bu barədə nazirliyə yaxın mənbələr xəbər verir. Nazir Mikayıl Cabbarov nazirliyi və onun strukturlarını qısa müddətdə mafiyalardan tamamilə təmizləmək və fəaliyyətini qanun çərçivəsinə qaytarmaqda qərarlıdır. 

Məlum olduğu kimi, bu istiqamətdə çox mühüm addımlar atılıb və atılmaqda davam edir. Bu addımlardan biri də Vergilər Nazirliyinin biznes sektorunda yoxlamaları tamamilə dayandırmasıdır. Trend-ə hökumətdəki mənbələrdən daxil olan məlumatda bildirilib ki, yoxlamaların dayandırılması nazirlikdəki rəhbər dəyişikliyindən sonra aparılan struktur və kadr islahatları ilə bağlıdır. Belə ki, kadr dəyişikliyi vergi yoxlamalarını aparan şəxslərə də təsir edib.

"Hazırda vergi yoxlamalarına nəzarət nazirin müavini İlkin Vəliyevə keçib. Bununla belə, kurator olmasına baxmayaraq, heç bir yoxlama aparılmır. Mənbə bunu yalnız kadr dəyişikliyi ilə deyil, həm də yeni nazirin vergi yoxlamalarının aparılması prosesində müəyyən dəyişikliklər edə bilməsi ilə izah edir" - deyə, məlumatda bildirilirdi.

"AzPolitika.info"nu məlumatlandıran mənbə də bu xəbəri təsdiqləyərək, nazir Mikayıl Cabbarovun nazirliyin işində tam şəffaflıq yaradılana və etibarlı kadr heyəti formalaşdırılana qədər yoxlamaları dayandırmaq haqda tapşırıq verdiyini bildirir. Mənbənin sözlərinə görə, Mikayıl Cabbarov yeni vəzifəsinə təyinat aldıqdan sonra nazirlik işçiləri ilə fərdi və kollektiv görüşlərində Vergilər Nazirliyinin cəmiyyətdəki imicini müsbətə doğru dəyişməyi qarşıya əsas vəzifələrdən biri kimi qoyub. Nazir çox aydın mesaj verir: Kim yeni qaldalarla işləməyə razıdırsa, işinin başında qalacaq, əks halda yaxşı yol!

vergiler

Bəs "yeni qaydalar" dedikdə nə nəzərdə tutulur? Məsələn, bundan sonra Vergilər Nazirliyində "paket" sistemi olmayacaq! Həmçinin, bundan sonra vergi əməkdaşlarının "dolanmaq" üçün bir-iki sahibkara himayədarlıq etməsinə, onların vergi yükünü azaltmasına icazə verilməyəcək. Əvəzində işçilərin qanuni əmək haqları və mükafatlarında zamanla artımlar həyata keçiriləcək. Vergidə qeyri-rəsmi büdcənin formalaşdırılması praktikası tamamilə aradan qaldırılacaq, bütün vergilər qanun əsasında toplanaraq, dövlət büdcəsinə keçiriləcək. Bunun üçün vergi əməkdaşlarının sahibkarlarla şəffaf münasibətlər qurmasını təmin edən mexanizmlər hazırlanıb həyata keçiriləcək. Hazırda bu mexanizmin yaradılması üzərinə iş gedir. Bəzi bilgilərə görə, bununla bağlı həm Avropa ölkələrinin, həm də qonşu Gürcüstanın təcrübəsi öyrənilir  Ona görə də vergi əməkdaşlarına həllik yoxlama aparmaq qadağan edilib.

İş adamlarının, məmurların nəzarəti altında olan biznes subyektlərinin hansısa səbəbdən vergidən yayındırılmasına və ya əlavə "yüklənməsinə" dözüm nümayiş etdirilməyəcəyi də nazirlik əməkdaşlarının diqqətinə çatdırılıb. "Mikayıl Cabbarovun vergilər naziri təyin olunduqdan sonra ilk olaraq yüksək vəzifəli şəxslərin qohumlarını, yaxınlarını Vergilər Nazirliyində tutduqları vəzifələrdən uzaqlaşdırması da əslində hamıya bir mesaj oldu" - mənbə bildirir.

Məlumata görə, M.Cabbarovun Vergilər Nazirliyindəki önəmli postlardan uzaqlaşdırdığı və adları cəmiyyətə açıqlanan 64 nəfər illərdir sahibkarlara zülm edən dəstənin özəyini təşkil edənlər olub. Bu siyahının cəmiyyətə məlum olmayan qismi də var və "təmizləmə" prosesi davam edir. "Vəzifədən uzaqlaşdırılanlar arasında çox yüksək vəzifəli şəxslər, o cümlədən Prezident Administrasiyasından "tapşırılanlar" da olub, lakin nazir kadr məsələsində prinsipial tutumunu davam etdirir" - mənbə əlavə edir.

 İsmayıl İsmayılbəyli

AzPolitika.info

635x100

Şərhlər

Səməd 2018-02-01 00:15:12

VERGİ 20 İLDİR ƏHALİNİ SOYUB TALAYIR. ... İNDİ SADƏCƏ MÜƏMMALIDIR NƏ ETMƏK İSTƏYİRLƏR VƏ NİYƏ EDİRLƏR. 20 İL HEÇ BİR MƏMURA BUNU ELƏMƏ DEYƏN OLMAYIB. YAŞAYAQ GÖRƏK

Kimse 2018-02-01 00:15:12

Baxin bu dunya bosh sheyde.Bir sheyi yadiniza salim:Ne yesek de sonu eyni sheye cevrilerek ayaq yoluna atilir.Dunyanin da sonu olumdur.Aga da olsan diga da olsan sonun olumdur.Bu da ki,hami ucun mutleqdir

buzlaq 2018-02-01 00:15:12

Hamısı imitasiyadır!! Daha çox pul yenilərini qoyacaqlar. Təzə gələnlər isə təkcə dərini yox, sümüyə kimi əti də soyacaqlar!!!

Abit 2018-02-01 00:15:12

Malades

Ters 2018-02-01 00:15:12

Neyi qoyub Neyi axtarirsiz o nazir tehsili deyişdıre bilmedise demek yalan söhbetdir o da yemeye gelıb

Vetendash 2018-02-01 00:15:12

Seherin merkezinde. Nesimi rayonu, Mireli Qashqay kucesi 748-ci mehelle, bina 30. Aslan MTK vergiden yayinir. Sakinlere voensiz cekler verir. Gelin temizleyin. Onda inanariq ki, her sey sefafdi

VERGİ ÖDƏYİCİSİ 2018-02-01 00:15:12

Habil Məmmədov ordan uzaqlaşdıtılmasa mən heç bir təmizləmə işinə inanmıram.Əyər Habil Vergidə işləməkda qalsa,buna deyərlər Köhnə hamam,köhnə tas.Allah sizə güc versin cənab nazir.

Miqrant 2018-02-01 00:15:12

Miqrasiyada da belə təmizləmələr vacibdir.Birinci Firudin Nəbiyevi işdən çıxarmaq lazımdır.5 ilə general olub......Nə qədər adam qanunsuz işə qəbul olunub.

İ.Mustafaoğlu 2018-02-01 00:15:12

Şəki-Bazar ASC-də özbaşnalıqlar hökm sürür, qəbz təqdim edilmədən pullar yığılır və mənimsənilir,vergi əməkdaşları tərəfindən də göz yumulur.Əgər doğrudan da qanunun aliliyinə hörmətlə yanaşaraq kadr islahatları aparılırsa alqışlamaq,yox qohumları yerləşdirmək üçün kadr islahatları aparılırsa,bu kadr islahatları dövlət və səhmdar cəmiyyətlərinin əmlaklarının talan olunmasına gətirib çıxaracaq ? Hər bir namuslu məmur dövlətçiliyimizə,xalqımıza və öz xidmətləri ilə cənab Prezidentimizin etimadını qazanmalıdı

Муртуз 2018-02-01 00:15:12

Гардашлар темизлие хеле чох галыб. .... )))))))))))

ali 2018-02-01 00:15:12

SOKARIN istehsal etdiyi dizel yanacaqi ozunun satdiqi polufabrikat mehsullarin Sumqayit sexlerinde emal edilerek tekrar yanacaqa qatilmasi sayesinde keyfiyyetsiz hala dusur....yaziq avtomobil sahibleri.....Vergi ve huquq orqanlari qis yuxusunda.........

Fikret 2018-02-01 00:15:12

cixanin ve ya vezifede olanin daliyca hemishe danishirlar

SAĞ OL MİKO! 2018-02-01 00:15:12

LAQONDANI YAXŞI İTİLƏT-DOĞRA GETSİN EEE... DEYİREM NE NİŞANGAHA GELESİ MAFİOZLAR VAR... DOĞRA EEE... UF DEMƏ DOĞRA GETSİN-CAMAHAT UJE BEZİB... BU QULDURLARIN ƏLİNDƏN!

Bashirov Qarib 2018-02-01 00:15:12

Illik proqnozlari nece odeyecek?Esas vergi odeyicileri, yüksək vezifedə olanlarin muesseleridir. Onlara da toxuna bilmessen.illerdi vergi odemirler ve biznesin 9o% ehate edir. Allah ozu sene komek olsun.

Муртуз 2018-02-01 00:15:12

Дейирем йолдаш Джаббаровун лагундасы йолда гырылыб ве йахуд хараб олмасын)))) Йохса техсил назирлийинде башламышды дограмага ишыгы сендурдулер

İLHAM 2018-02-01 00:15:12

CƏNAB NAZİR. VERGİLƏR NAZİRLİYİNİN İMİCİNİ QALDİRMAQ UCUN CƏMİ İKİCƏ NƏFƏRİN NAZİRLİKDƏN QAVALANMASİ YETƏR. BİRİ UZUN İLLƏR SAHİBKARLARA QƏNİM KƏSİLİB XƏRAC TOPLAYARAQ OZUNƏ MİLYONLAR QAZANAN HABİL MƏMMƏDOV, DİGƏRİ İSƏ ONUN MUAVİNİ VƏ BİZNES ORTAĞİ OLARAQ, OTEL, RESTORAN, MARKETLƏRƏ SƏRİK OLAN NƏSİMİNİDİR.

Son yazılar