Orta məktəblər haqqında qanun layihəsi hazırlanacaq - Deputat detalları açıqladı

Milli Məclisin Elm və təhsil komitəsi bu il Orta ümumtəhsil məktəbləri haqqında qanun layihəsi hazırlayacaq.

"Trend"in məlumatına görə, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, deputat İsa Həbibbəyli məlumat verib.

O bildirib ki, Elm və təhsil komitəsi artıq "Peşə təhsili haqqında" qanun layihəsi üzərində işi tam başa çatdırıb: "Bu layihə bir neçə dəfə beynəlxalq ekspertlərin iştirakı ilə də müzakirə edilərək təkmilləşdirilib. Layihə artıq MM-in plenar iclasına tövsiyə edilib. MM-in bu günlərdə başlayacaq yaz sessiyasında ilk iclaslarının birində "Peşə təhsili haqqında" qanun layihəsi deputatların müzakirəsinə veriləcək".

İ.Həbibbəyli əlavə edib ki, yeni qanun layihəsinin hazırlanmasına "Peşə təhsili haqqında" qanun layihəsinin 1-ci və 2-ci oxunuşda müzakirəsi keçirildikdən sonra başlanacaq: "Yəqin ki, biz yaz aylarında "Orta ümumtəhsil məktəbləri haqqında" qanun layihəsinin hazırlanması üçün ilkin işlərə başlayacağıq".

635x100

Şərhlər

t.ədalət 2018-01-30 23:21:24

İsa müəllim hərdən işğal olunan ərazilərimiz və orda rusiyanın maliyyə dəstəyi ilə sürətli tikinti işləri aparan ermənistanı da yada salsa pis olmaz.İş o yerə çatıb ki,artıq Sarkisyan üstümüzə çımxırır, işğal edilmiş ərazilərimizin sahibi kimi danışır.Bizə orta məktəb haqqında cəfəngiyyatdan vacib üzərində erməni tapdağı bərkimiş ərazilərimizin dərdi barədə müzakirələr lazımdır.İşğal olunmuş ərazilərimizdə ermənilərin rahatlığını əngəlləyən tədbirlər görülməlidir.

Son yazılar