Təyyarə ABŞ-dan Avstraliyaya qarışıq yanacaqla uçub - Xardal yağı qarışığı...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, dünyada ilk dəfə olaraq, təyyarə Amerika Birləşmiş Ştatlarından (ABŞ) Avstraliyaya qismən xardal yağından ibarət olan qarışıq yanacaqla uçuş edib. Bu barədə xəbəri «Herald Sun» nəşri yayıb.

Avstraliyanın «Qantas» aviaşirkətinə səxsus «Boeinq Dreamliner 787-9» təyyarə 15 saat Los-Anceoesdən Melburna uçub. Uçuş üçün bioyanacaqdan istifadə olunub - standart aviasiya yanacağına 10,0 faiz xardal yağı əsaslı üzvü maddə əlavə olunub. Bunun sayəsində ətrafa karbon qazı tullantısı 7,0 faiz azalıb.

«Qantas»ın nümayəndəsinin sözlərinəgörə, «qeyri-standart» yanacaq heç bir təhləkə yaratmır: «Bu, bizim üçün mütləq normal uçuşdur» - deyə, nəşr şirkətin baş direktoru Elison Uebsterdən sitat gətirir.

Aviaşirkətdə əmin edirlər ki, bioyanacağın istifadəsi ətrafa karbon qazı tullantısını 80,0 faiz azalda bilər.

Bundan əvvəl Londonun «Tfl» nəqliyyat şirkəti Britaniya paytaxtında kofe çöküntüsündan istehsal olunmuş yanacaqla işləyən avtobusların işə buraxılası barədə planını elan etmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar