QARABAĞDA MÜŞAHİDƏÇİLƏRİN SAYI ARTIRILIR - Rusiya tədbirlər görür

Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı digər həmsədr ölkələrlə birlikdə qoşunların təmas xəttində gərginliyin azaldılmasının tərəfdarıdır və münaqişə zonasında ATƏT müşahidəçilərinin sayının artırılması istiqamətində tədbirlər görür.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

"Bu mövzu Rusiya prezidentinin Azərbaycan və Ermənistan prezidentləri ilə 2016-cı ilin iyununda Sankt-Peterburqda keçirilən görüşündə, Rusiya XİN başçısı Sergey Lavrovun ötən ilin noyabrında Bakı və Yerevana səfərləri zamanı müzakirə olunub. ATƏT çərçivəsində ATƏT müşahidəçilərinin fəaliyyətini reqlament edən sənədin bir neçə variantı hazırlanıb", - deyə o qeyd edib .

635x100

Şərhlər

G.M 2018-01-31 17:39:13

Qarabağda müşahidəçiləri artırıb.Azərbaycanın Qarabağ tələbini sıfırlayan Pitin...Guya Azərbaycanlılar başa düşmürlər ki,Qarabağı de fakto uzunmüddətli ``atəşkəs``-lə ermənistana birləşdirilməyə çalışan Rusiyanın rolunu anlamırıq.Əslində hamımız bizə olan xəyanəti anlayır,olduqca güclü düşmənə qarşı heç nə edə bilməirik...

SUAL 2018-01-31 17:39:13

... Putin, Azerbaycanin ermeni - rus ISHQALINDA SAXLANILAN ERAZILERI barede oz MUNASIBETINI bildirerken - ISTIFADE EDIR antiAzerbaycan xarakterli LEKSIKON-dan, IFADELER-den, TERMINLER-den : "qoşunların təmas xətti və münaqişə zonası", bu Azerbaycan XALQINA QARSHI TEHQIRDIR ! NIYE, Azerbaycan ERAZISINI ishqalchi ermeni-rus qoşunları "Temas xetti" ve "münaqişə zonası" ADLANDIRIR ?????

Bəhram Qarabağlı 2018-01-31 17:39:13

.... Məqsəd sülhdürsə hərbi işğalçılar kənara çəkilməli ATƏTin MQ D.Qarabağ və Azərbaycan polisi arasında monitorinq apara bilər.

Son yazılar