Komadan ayılan deputatın vəziyyəti düzəldi - Xəstəxanadan evə yazıldı

“Deputat Nəriman Əliyev bu gün xətəxanadan çıxarılaraq, evinə göndərilib. Düşünürəm ki, onun müalicəsi Azərbaycan səhiyyəsinin böyük uğurudur. Çünki Nəriman müəllimin bütün önəmli orqanlarında - qaraciyər, böyrək, ağciyər, beyin və ürəyin funksiyasında ciddi problemlər yaşanmasına baxmayaraq, həmin orqanların fəaliyyəti bərpa olundu. Və Nəriman müəllim bu gün evinə yola salındı”.

Bunu Nəriman Əliyevin səhhəti ilə bağlı Modern.az-a danışan deputat həmkarı, kardioloq-cərrah Rəşad Mahmudov onun son durumundan bəhs edərkən deyib.

“Səhiyyənin son illərdə inkişafına göstərdiyi töhfələrə görə cənab prezident İlham Əliyevə, həm də səhiyyənin inkişafında böyük əməyi olan cənab səhiyyə naziri Oqtay Şirəliyevə təşəkkür etmək istəyirəm. Eləcə də Bakı Ürək Mərkəzinin bütün əməkdaşlarına. Bu gün dünyanı da valeh qoyan çox məşhur tibbi ekspertlərin ümidinin kəsildiyi zamanda belə bir nəticənin olması hər birimiz üçün qürürverici hadisədir. Mən hamını təbrik edirəm. Bir daha Nəriman müəllimin yaxınlarına keçmiş olsun deyirəm və Allah Nəriman müəllimin bundan sonrakı həyatında uğurlarını davam etdirsin”.

Qeyd edək ki, Nəriman Əliyev ürək damarlarının tıxanıqlığı səbəbindən anju əməliyyatı keçirib və elə əməliyyatdan sonra da komaya düşmüşdü.

N.Əliyev Milli Məclisdə 70 saylı Masallı şəhər seçki dairəsini təmsil edir. O, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin üzvüdür.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar