Cəlal Əliyevin adının instituta verilməsi təklif olunur

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Akademiyanın Rəyasət Heyətinin iclası keçirilib.

APA-nın xəbərinə görə, iclasda AMEA Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) hesabatı dinlənilib. Bölmənin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti barədə məruzə ilə çıxış edən BTEB-nin akademik-katibi, akademik Əhliman Əmiraslanov bildirib ki, bölmə institutlarında müxtəlif istiqamətlər üzrə 18 problem, 92 mövzu, 245 iş və 468 mərhələni əhatə edən tədqiqatlar aparılıb: "Bunlardan 6 iş və 468 mərhələ tamamlanıb. Bölmədənkənar tibb müəssisələri tərəfindən 32 problem, 137 mövzu, 291 iş və 615 mərhələ üzrə tədqiqatlar həyata keçirilib, onlardan 48 iş və 211 mərhələ tamamlanıb. 2017-ci ildə aqrar elm və təhsil müəssisələrində 27 problem, 101 mövzu, 210 iş və 293 mərhələ üzrə tədqiqat işləri davam etdirilib".

Ə. Əmiraslanov hesabat dövründə Botanika İnstitutunun alimləri tərəfindən Qafqaz və Azərbaycan florasına aid yeni bitki növlərinin aşkarlandığını bildirib.

Məruzə dinlənildikdən sonra təsdiqlənib, mühüm nəticələr bəyənilərək AMEA-nın illik hesabatına daxil edilib.

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova institutda aparılan elmi-tədqiqat işləri haqda məlumat verib.

Akademik iclasda kollektiv adından rəhbərik etdiyi instituta akademik Cəlal Əliyevin adının verilməsini təklif edib.

AMEA prezidenti, akademik Akif Əlizadə təklifə müsbət yanaşıb, məsələnin müzakirə ediləcəyini vurğulayıb.

Daha sonra Rəyasət Heyəti tərəfindən AMEA-nın müxbir üzvü İlham Şahmuradovun 60 illik yubileyinin qeyd olunması, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru vəzifəsinə seçkilərin keçirilməsi barədə qərarlar qəbul edilib.

635x100

Şərhlər

Semed 2018-01-31 17:58:16

Celal Eliyev rehmetlik kisi adam idi sozunu uze demeyi bacaran.

naxçıvanlı 2018-01-31 17:58:16

Cəlal Əliyev gözəl alim və gözəl insan idi. Bu institutu o, yaradıb. Bu instituta onun adı verilməlidir! Bizim cəmiyyət kəskin danışan insanları sevmir. Yaltaqları sevir. Allah Cəlal müəllimə, onun valideynlərinə, qardaş və bacılarına rəhmət eləsin!

Son yazılar