"Bu münaqişələri bir-biri ilə qarışdırmaq cəhdi yersizdir" - Zaxarova

Rusiya Xarici İşlər Nazirliyi Suriya münaqişəsinin nizamlanmasında uğurlu hesab olunan Moskva-Ankara-Tehran formatının Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında oyanaya biləcəyi rola münasibət bildirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN rəsmi nümayəndəsi sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə ona ünvanlanan "Suriya münaqişəsinin nizamlanmasında uğurlu olan Rusiya, Türkiyə və İran üçlüyü Dağlıq Qarabağ münaqişəsinin həllində hansı rol oyana bilər" sualına belə cavab verib: "Suriya və Dağlıq Qarabağ münaqişələri tamamilə ayrı mövzulardır. Hesab edirəm ki, bu münaqişələri bir-biri ilə qarışdırmaq cəhdi yersizdir".

635x100

Şərhlər

Abit 2018-01-31 18:22:34

qarışdırmayın

Son yazılar