Şəhriyar Məmmədyarov FİDE reytinqində ikinci pilləyə yüksəlib
Baxiş sayı:
Dərc olunub:
31/01/2018 - 21:18
Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2018-ci ilin ilk reytinq siyahısını açıqlayıb. "Report"un məlumatına görə, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov ötən ayla müqayisədə 1 pillə irəliləyib.
33 yaşlı şahmatçı xallarını 2814-ə çatdıraraq, 2-ci pilləyə yüksəlib. Hazırda o, birinci pillədəki norveçli dünya çempionu Maqnus Karlsendən 29 xal geri qalıb.
Azərbaycanın digər təmsilçilərinə gəldikdə, Teymur Rəcəbov 2748 xalla 18-ci, Rauf Məmmədov 2709 xalla 40-cı, Arkadi Naydiç isə 2705 xalla 41-cidir.
Şərhlər
Ugurlar İNSALLAH TEZLİKLƏ DUNYA CEPİONU OLARSİZ AZERBAYCANİN FEXRİ