"Mitsubishi" 16 mindən çox avtomobili geri çağırır

 

"Mitsubishi" şirkəti Rusiyada 16,5 mindən çox avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, bu qərar avtomobillərdə öndə oturan sərnişinin təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla bağlıdır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2013-cü ilin aprelindən 2016-cı ilin fevralınadək satılmış "i-MiEV” və “Pajero" modellərinə şamil olunur.

Bildirilir ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar