İran sərhədində atışma: Hərbçi şəhid oldu

Türkiyənin Ağrı vilayətinin Doğubəyazid mahalında PKK terrorçuları ilə silahlı atışmada bir hərbçi şəhid olub, biri isə yaralanıb.Axar.az xəbər verir ki, bu barədə Türkiyənin hərbi dairələri məlumat yayıb.

İran sərhədində yerləşən Gürbulaq keçid məntəqəsi yaxınlığında baş verən qarşıdurmadan sonra Haşim Türkoğlu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Ağır yaralanan Çavuş Van Yüzüncü isə xəstəxanalardan birinə yerləşdirilib.

Terrorçuların zərərsizləşdirilməsi üçün bölgədə genişmiqyaslı əməliyyatlar başladılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar