FED uçot dərəcəsini dəyişməyib

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası yekunlaşıb.

"APA-Economics" xəbər verir ki, FED uçot dərəcəsini 1,25-1,5% səviyyəsində saxlayıb.

Qeyd edək ki, sonuncu dəfə FED dekabrın 13-də uçot dərəcəsini 0,75-1%-dən 1-1,25%- dək artırıb.

Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb. Bundan əvvəl sonuncu dəfə uçot dərəcəsi 2006-ci ilin iyununda artırılıb. 2007-2008-ci illərdə FED tədricən uçot dərəcəsini minimal (0-0,25%) həddədək aşağı salıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar