«Suriyada 215 müasir silah növü tətbiq etmişik» - PUTİN

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya hərbçiləri tərəfindən Suriyadakı əməliyyatlar zamanı 200-dən artıq müasir və perspektivli silah-sursat növləri tətbiq olunub. Prezident bu rəqəmi çərşənbə axşamı Suriyadakı xüsusi əməliyyatın nəticələrinə həsr olunmş hərbi-praktik konfransda səsləndirib.

«Müdafiə Nazirliyinin (MN) məlumatına görə, 215 müasir və perspektivli silah-sursat növü tətbiq olunub, həm də onların böyük qismi hazırda hərbi hissələrdə istifadə olunan hərbi texnikalardır» - deyə, Putin bildirib və əlavə edib ki, «ümumilikdə, silahlar öz yüksək xarakteristikalarını təsdiqləyiblər».

Bundan başqa Prezident ona aksent edib ki, həm də hava və dəniz bazalı uzaq məsafəli, yüksək dəqiqliyə malik silahların döyüşdə ilk dəfə tətbiqi müsbət nəticə verib. O, bildirib ki, hər şeydən əvvəl, söhbət «Kalibr» raketlərindən və barəsində məlumatın az olduğu «X-101» raketlərindən gedir.

«Suriyada yaxşı silahlanmış terrorçu qruplaşmaların darmadağın edilməsi bizim ordu və donanmamızın gücünü nümayiş etdirir» - Putin bəyan edib. O, qeyd edib ki, əməliyyatın gedişi «Rusiya silahının ənənəvi effektliliyini və etibarlılığını göstərir».

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar