«Vaşinqton «soyuq müharibə» tərzində düşünür» - Pekin

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Pekində Amerika Birləmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın «Çin ABŞ-n dəyərlərinə təhlükədir» fikrinin yer aldığı nitqini şərh ediblər. Çin hakimiyyətinin fikrincə, Vaşinqton «soyuq müharibə» tərzində düşünür. Bu barədə xəbəri Çin Xalq Respublikası (ÇXR) Xarici İşlər Naziriyinin (XİN) sədri Xua Çuninin bəyanatına istinadla «İnterfaks» agentliyi yayıb.

«Biz, ümid edirik ki, ABŞ «soyuq müharibə» obrazlı köhnəlmiş düşüncə tərzindən imtina edə biləcək. Çinlə ümumi məqsədlər yğrunda işləyəcək. Aramızdakı fikir ayrılığının həll olunması və ABŞ-Çin münasibətlərinin stabil inkişafı istiqamətində lazımi formada çalışacaq» - deyə, Çin XİN-nin nümayəndəsi bəyan edib.

Bundan əvvəl, ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, Rusiya və Çin ABŞ-n maraqlarına, iqtisadiyyatına və dəyərlərinə təhlükə yaradır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar