YAP PREZİDENTLİYƏ NAMİZƏDİNİ AÇIQLADI - "Yüksək nüfuzu onun qələbəsinə əsas yaradır"

1441288824_yapseckiYeni Azərbaycan Partiyasının (YAP) gəncləri Prezident İlham Əliyevin seçkilərdə qələbə qazanmasına öz töhfələrini verəcəklər.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov qeyd edib ki, 2018-ci il prezident seçkiləri ilidir: "Güman edirəm ki, ölkəmizin siyasi həyatının başlıca hadisəsinin Yeni Azərbaycan Partiyasının namizədi üçün, Prezident İlham Əliyev üçün uğurlu olmasına, cənab Prezidentin qələbəyə nail olmasına YAP gəncləri öz töhfələrini verə biləcəklər".

Baş nazirin müavini bildirib ki, YAP gəncləri həmişə olduğu kimi, bu seçkilərdə də fəallıq nümayiş etdirəcəklər: "Gənclər seçki kampaniyasının yüksək səviyyədə keçirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklər".

Ə.Əhmədov vurğulayıb ki, İlham Əliyevin cəmiyyətdə yüksək nüfuzu onun qələbəsinə əsas yaradır: "Lakin gənclər seçkilərin yüksək səviyyədə keçirilməsi üçün fədakarlıq göstərməlidirlər".

635x100

Şərhlər

Arif 2018-02-01 10:59:08

Hormetli azpolitika.info saytinin rehberi, bir oxucu kimi, xahish edirem, IMKAN VERMEYIN - hakimiyyete YALTAQLIQ TEBLIQATINA, chunki, shexsiyyete perestishin ACI NETICELERINI TARIX SUBUT EDIB ! XALQIN MARAQLARINA XIDMET ETMEYEN - YUKSEK VEZIFELI MEMURLAR, Azerbaycanin hakim YAP siyasi partiyasinin UZVLERIDIR, bu barede azpolitika.info MUNTEZEM IFSHAEDICI MEQALELER DERC EDIR !!! YALNIZ DEMOKRATIK AZERBAYCANDA, DUZGUN - AZAD SECHKI SISTEMINI TESHKIL ETMEK MUMKUN OLA BILER !!!

Eli naxcıvanlı 2018-02-01 10:59:08

Ehmedov bir sen oyan dünyaya bax amerika kimi devletde prezdent deyişdi ne olsun ameeikan gengleride barak obamanı isteyirdi amma obama cıxdı daha sizi kimi iqruşqa qanunlarla işlemir olar ay ehmedov cıx get bir iki il xaricde yaşa gel bax onda sende men deyeni deyecen..

Roma 2018-02-01 10:59:08

Men bu beş şerhe iki qiymet veriremki menden cox dünyanı gezen yoxdu bütün dünyada qafqaz devletleri arasında rüşveti gesib qayda qanun yaratmış mixail saakaşvili ve gürgüstan tanınır beli men getdiyim ölkelerde men bele görüp ve eşidirem azerbaycan ise karrupsya devlet kimi tanınır siyasi mehbusları ise kecmiş respublikalar arasında birincidi

DE-FAKTO 2018-02-01 10:59:08

AZƏRBAYCANIN MİLLİ QÜRURU İLHAM HEYDƏROĞLU ƏLİYEV - atası ULU ÖNDƏR HEYDƏR ƏLİYEV fenomenal şəxsiyyətinə layiqli bir övlad və siyasi varisi kimi Azərbaycan xalqından tam dəstək alaraq öz cəsarətli-qətiyyətli əzmkar siyasətiylə AZƏRBAYCANI HƏM DÜNYA MİQYASINDA - HƏM DƏ REGİONDA SÖZ SAHİBİ-REGİONAL GÜC MƏRKƏZİ ETMƏSİNƏ NAİL OLMASI AZAD AZƏRBAYCAN DÖVLƏTİNİN-XALQININ XOŞBƏXT GƏLƏCƏYİNİN HƏLLEDİCİ FAKTORUDUR!

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV: 2018-02-01 10:59:08

İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, İlham Əliyev bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcək. Inaniram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə ilham Əliyev başa çatdıra biləcək. Mən ona öz üm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.

ZATI-ALILƏRİ İLHAM HEYDƏROĞLU ƏLİYEV: 2018-02-01 10:59:08

… Ulu Öndər həmişə olduğu kimi, xalqa son müraciətində də düzgün proqnoz verdi. O, inanırdı və bildirdi ki, onun davamçıları onun görə bilmədiyi işləri görəcəklər, belə də oldu. Biz – onun davamçıları bununla fəxr edirik. Fəxr edirik ki, onun ideyalarını yaşadırıq. Fəxr edirik ki, müstəqilliyimizi möhkəmləndiririk və Heydər Əliyev yolu ilə gedirik və gedəcəyik. Sağ olun.

babek 2018-02-01 10:59:08

Dogrudan da unikal olke,unikal inkishafi ve unikal gurulushla...

DE-FAKTO: 2018-02-01 10:59:08

zati-aliləri İLHAM ƏLİYEV -AZƏRBAYCAN XALQININ ALTERNATİVSİZ MÜTLƏQ LİDERİDİR!

Son yazılar