İCRA BAŞÇISININ OĞLU İŞDƏN ÇIXARILDI - Direktor müavini idi + FOTO

xaleddin-isgenderovBinəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun oğlu Vergilər Nazirliyində tutduğu vəzifədən azad olunub.Missiya.az xəbər verir ki, Elnur İsgəndərov öz ərizəsi ilə vəzifəsini tərk edib.

Qeyd edək ki, mayor (kiçik vergi xidməti müşaviri) rütbəsi verilən Elnur İsgəndərov, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Bəyannamələr idarəsində direktor müavini vəzifəsində çalışırdı.

O, həmin vəzifəyə 2016-cı ilin iyun ayında sabiq Vergilər Naziri Fazil Məmmədov tərəfindən təyin edilmişdi. Elnur İsgəndərov Fazil Məmmədovun bacısı oğludur.

Xatırladaq ki, Fazil Məmmədov vəzifəsindən azad edildikdən sonra sabiq nazirin vergidə vəzifə verdiyi bir çox yaxını işdən çıxarılıb.

635x100

Şərhlər

GMAİL-Ə 2018-02-01 15:17:52

G (Gömrük istisnadır)hərfiylə başlanan hər sözdə yerinizi görmürsünüzsə day nə deyim.

Cavad 2018-02-01 15:17:52

Bu Azərbaycan reallığıdır.Əgər kiminsə ( yuxarıda oturanların) qohumu,yeznəsi,oğlu, deyilsənsə sənin dövlət strukturunda işə düzəlmən münkün deyil.Burada təhsil,ixtisas,savad,təcrübə önəmli deyil.Təki o dəstədən olasan.....Ona görə də ölkəmiz bu qədər bisavad,tərtibsiz və istiqamətsiz halda qalıb.Əlac Allaha qalıb.

GMAİL 2018-02-01 15:17:52

GG MM PRUCEM TUT HABİL MAMADOV. SOHBƏT BASQADİ AXİ GG MM

Abit 2018-02-01 15:17:52

Filankes qalsın ,filankes getsin.

G.M 2018-02-01 15:17:52

Habil Məmmədov İH Başçısı oğlu olmadığına görə Vergilər Nazirliyində bu günə qədər zərgər dəqiqliyi ilə Departament sədridir.Və onun hansısa vətəndaşı,vergi ödəyicisinin incidilməsində iştirakı olmayıb.Bu gün də vicdanla öz postunda vəzivəsini icra edir.Əsən küləkləırdən qorunmaq üçün kifayət qədər ``nüfuzu`` var))))))))))))))))

İLHAM 2018-02-01 15:17:52

G.M-COX DUZGUN DEYİR. NİYƏSİNİ DƏ DEYİM Kİ HABİL MƏMMƏDOV BURUN VERGİ ODƏYİCİLƏRİNİN GƏLİRLƏRİNDƏN ZƏRGƏR DƏQİQLİYİ QƏDƏR FAYDALAHİB. BUDCƏYƏ KOCURDUYU MİLYONLARLA VƏSAİT ZƏRGƏR DƏQİQLİYİNƏ KİMİ OZUNƏ QALİB.sAHİBKARLARİN MİN BİR ƏZİYƏTLƏ QAZANDİXİ PULLARA ZƏRGƏR DƏQİQLİYİ İLƏ OZUNƏ VƏ YAXİNLARİNA BAKİ SƏHƏRİNDƏ MEQAFONDA BİR NECƏ MƏNZİL, OTELLƏR. MARKET, MUXTƏLİF RAYONLARDA VƏ BAXLARDA VİLLALAR,XARİCDƏ İSƏ MƏXFİ HESABLARİ QAZANİB.BU BAXİMDAN ONUN FƏALİYYƏTİNİ ZƏRGƏR DƏQİQLİYİ KİMİ QİYMƏTLƏNDİRMƏK OLAR.HƏRİ?

pıs-pısa 2018-02-01 15:17:52

Guya Fazili orta əsrlər inkvizisiyası tonqalda yandırmayacaqlar ki. 1-2 milyardını alıb səfirdən-zaddan yola salacaqlar gedəcək. Mahmudcana, Ziyaya və s. və i. başqalarına nə ediblər ki!!! təhlükəli iştirakçılar Kürdəxanıya gedir, qalanları da Avropaya.

Son yazılar