“BUNU BİLƏN XƏYANƏTKAR, SATQIN XƏFİYYƏLƏR...” – Sabiq nazir 5 ildən sonra sükutu pozdu! (Fotolar)

“Vasif müəllimlə 20 ilə yaxın bir yerdə işlədik, ətrafdakı paxıl adamlar yalan məlumatlar verdilər...

Naxçıvan hakim elitasının nüfuzlu üzvlərindən biri - Muxtar Respublika baş nazirinin müavini – kənd təsərrüfatı naziri Məmməd Abbasov 5 il əvvəl məhz bu günlərdə (4 fevral 2013-cü ildə) gözlənilmədən tutduğu vəzifələrdən azad olunmuşdu.

Sovetlər dövründən başlayaraq, uzun illər müxtəlif yüksək vəzifələrdə çalışmış Məmməd Abbasovun gözlənilmədən Ali Məclisin sədri tərəfindən hökumət üzvlərinin müşavirəsində vəzifəsindən azad olunması Naxçıvanda şok effektini vermişdi. Nədən ki, cəmiyyət arasında böyük nüfuz sahibi olan M.Abbasovun sıradan bir məmur olmadığını Naxçıvanda hamı çox yaxşı bilirdi. Sözügedən müşavirədə M.Abbasovun özü iştirak etməmişdi – məzuniyyətdə olduğu üçün. Bəs nə baş vermişdi ki, M.Abbasov kimi nüfuz sahibi, avtoritet, məzuniyyətdə olduğu halda tutduğu vəzifələrdən azad olunmuşdu?

O vaxt “AzPolitika” bu sualın arxasınca getmiş, Naxçıvan hökumətindəki mənbələri vasitəsilə M.Abbasovun “vurulmasının” səbəblərini öyrənməyə çalışmışdı. Əksər mənbələr bir versiyanın üzərində dururdu: M.Abbasov Vasif Talıbovdan xaricdə müalicə və istirahət üçün icazə istəyib. Ali Məclisin sədri də icazə verib və hətta onun xərclərinin qarşılanmasını da tapşırıb. Lakin bir neçə gündən sonra Məmməd Abbasovun Moskvada Abbas Abbasovla görüşməsi xəbəri gəlib. V.Talıbov bu xəbərdən möhkəm qəzəblənərək M.Abbasovun geri dönməsini gözləmədən onu işdən çıxarıb…

Bir qədər sonra əksər saytların elektron poçtuna “Halit Erenler” adlı istifadəçidən göndərilən məktubda isə iddia olunurdu ki, Məmməd Abbasov İstanbulda da Abbas Abbasov və Cəmil Həsənli ilə görüş keçirib...

Məmməd Abbasovla təsadüfi görüş...

5 il əvvəl baş vermiş bu hadisələri xatırlamağımız təsadüfi deyil. “AzPolitika”nın əməkdaşı bugünlərdə Bakıda təsadüfən Məmməd Abbasovla qarşılaşıb və israrla ondan yuxarıda barəsində söz açdığımız məsələlər barəsində açıqlama, münasibət istəyib. Məmməd müəllim “AzPolitika”nın o vaxt yazdıqlarını olduğu kimi xatırlayıb, incikliyini biruzə verib, lakin hətta indi də bu haqda danışmaq, cavab vermək istəmədiyini bildirib.

Əməkdaşımızın israrından sonra bəzi məsələləri aydınlaşdırmağa razılaşıb: “Vasif müəllimlə biz 20 ilə yaxın bir yerdə işlədik, aramızda heç bir inciklik olmadı. Hətta başqalarilə müqayisədə həm yaşlı nəslin bir nümayəndəsi kimi, həm də ata babalarımız arasında keçmişin çətin zamanlarına dayanan ehtirama görə mənə xüsusi müsbət münasibət göstərirdi. Aramızdakı bu qarşılıqlı hörmət və xoş münasibət ətrafda olan bir sıra rəhbər işçilərin qısqanclığına, paxıllığına səbəb olduğundan, onlar son vaxtlar Ali Məclisin sədrinə mənimlə bağlı işdən kənar mövzularda yalan, əsassız məlumatlar verirdilər. Sözsüz ki, bu da münasibətlərin müəyyən qədər korlanmasına səbəb olmuşdu. 4 fevral 2013-cü il tarixli müşavirədə iştirak etməməyim isə artıq vəzifədən azad olunmağıma şərait yaratdı. Ali Məclisin sədri Muxtar Respublika Konstitusiyasının ona verdiyi səlahiyyətlərdən istifadə edərək, bu qərarı qəbul etdi.

O ki qaldı mən vəzifədən azad olunandan sonra yalan və böhtanlar yayan insanlara, zamanla həmin insanların özlərinin necə xəyanətkar olduqları üzə çıxdı və layiqli cəzalarını da aldılar. O vaxt yayılan bu şayiələrin hamısı yalan və böhtan idi”.

“İşdən azad olunanda ölkəni tərk etməmişdim...”

M.Abbasov əlavə edib ki, fevralın 4-də işdən azad olunanda o, hələ heç ölkəni tərk etməyibmiş. “Belə olduğu halda mən necə Moskvada kiminləsə görüşə bilərdim? Fevralın 5-də mən Bakıdan Naxçıvana qayıtdım. Əmək kitabçamı alıb, pensiyaya çıxmağımı rəsmiləşdirdim. Nazirliyin kollektivi ilə görüşüb, vidalaşdıqdan sonra yenidən Bakıya qayıtdım, burdan isə Yessentukiyə - “Moskva” sanatoriyasına müalicəyə getdim. Bundan sonra mənim haqqımda ictimaiyyət arasında mənfi rəy yaratmaq məqsədilə yalan və böhtanlar yayılmağa başlandı.

İstanbul məsələsinə gəldikdə... Vaxtilə dövlət səviyyəsində əməkdaşlıq etdiyimiz türk dostlarımızın dəvətilə mən Ankara şəhərinə getmişdim. Təbii ki, gizli yolla yox, Sədərək kömrük-keçid məntəqəsi vasitəsilə. Bunu bilən xəyanətkar, satqın xəfiyyə məmurları həmin səfərə o cür don geyindirmişdilər”.

“Mən simasını, əqidəsini hər gün dəyişən adamlardan deyiləm!”

“Bəs hazırda nə işlə məşğul olursunuz” sualına baş nazirin sabiq müavini belə cavab verib: “İstirahət edirəm. 47 ildən artıq iş stajım var, onun 32 ilini dövlət qulluğunda keçirmişəm. Çoxdankı arzum idi ki, təqaüdə çıxım, sərbəst yaşayım, ev-ailə qayğılarilə məşğul olum, nəvələrimlə vaxt keçirim. Eyni zamanda ölkəmizin gəzməli-görməli rayonlarına, xaricə səfərlər edim. Artıq 5 ildir ki, bu arzularım həyata keçir. Mənə daha nə lazımdır?!”

M.Abbasov siyasətlə məşğul olmasa da, Naxçıvana gedəndə üzv kimi qeydiyyatda olduğu YAP-ın Naxçıvan Şəhət Təşkilatına baş çəkdiyini deyir: “Mən simasını, əqidəsini hər gün dəyişən adamlardan deyiləm!

Yalnız bir şeyə təəssüf edirəm. Mən vəzifədən azad olunandan sonra kiçik oğlum işlədiyi yerdə naziri tərəfindən daim təqib olundu. Elə bir şərait yaratdı ki, oğlum xidmətin 20 ili tamam olduqdan sonra tərxis olunmağa məcbur oldu. 2 dəfə dövlət çevrilişi cəhdinin qarşısının alınmasında iştirak edən, 3 dəfə qüsursuz fəaliyyətinə görə medalla təltif olunan, sıravi əsgərdən polkovnik-leytenant rütbəsinədək yüksələn zabit 39 yaşında təqaüdə çıxdı. Təsadüfi, xəyanətkar nazir-general bu tərxisi rəsmiləşdirən zaman onun dərəcələrini ləğv etdi və rəhbərliyə yenə də yalan məlumatlar verdi. Lakin zaman hər şeyi öz yerinə qoyur. Son illərdə o cür təsadüfi rəhbər vəzifəlilərin aqibətini hamı gördü...”

Rasim ƏLİYEV

AzPolitika.info

P.S. Qeyd edək ki, M.Abbasov həm də aktiv "Facebook" istifadəçisidir. Onun "Facebook" səhifəsindən götürülmüş fotoları təqdim edirik:

[gallery columns="4" ids="390691,390690,390688,390693,390684,390678,390689,390681,390692,390735,390736,390737,390738,390697,390698,390699,390740,390741,390742,390743,390744,390745,390747,390748,390751,390754"]

635x100

Şərhlər

Naxcivan 2018-02-01 20:01:13

Allah Vasif muellimin canin sag etsin. Heqiqeten onun yetisdirdiyi kadrlara soz ola bilmez. Evez olunmaz insandi. Allah onu Naxcivanlilarin basinin ustunden eskik etmesin.

Bağır Əliyev 2018-02-01 20:01:13

Mamed Abbasov hələ 10 il də işləyə, xalqa xidmət edə bilərdi. Təəssüf ki, bir iclasda iuştirak etməməyə görə (Əslində bu bəhanə idi) onu işdən çıxardılar.

Elbrus 2018-02-01 20:01:13

Bütün dövürlərdə bu belə olub və belə də olacaq. Məmməd müəllim 47 il iş starjında birinci dəfə idi, belə vəziyyətlə üzləşirdi?????

Nureddin 2018-02-01 20:01:13

Öncə “Azpolitika” saytının rəhbərliyinin, 5 il bundan əvvəl əsassız şayələrlə işdən azad edilən tanınmış bir dövlət adamı haqqında yayımladığı yazıını beş il sonra, bu dəfə qarşı tərəfin fikirlərinə istinad etməklə bir daha gündəmə gətirməsi saytın öz peşə fəaliyyətinə sadiqliyi kimi dəyərləndilməlidir. Yazıdan da göründüyü kimi Mamed müəllim Ali Məclisin sədri V.Talıbovla uzun müddət bir komandada işləmiş və istər sədrin, istərsə də Muxtar Respublika sakinlərinin dərin rəğbətini qazanmış. Lakin sədrlə aralarında olan bu sıcaq münasibətlərdən əndişə duyan yüksək çinli məmurlar onun işgüzarlığına, dövlət işinə sadiqliyinə, sədrlə yaxın münasibətlərinə qısqanclıq göstərərərək, şər, böhtan, qarayaxma kompaniyasına start vermiş və M.Abbasov haqqında öncədən planladıqları iyrənc məqsədləri gerçəkləşdirə bilmişlər. Bütün bu olub keçənləri onların öz vicdanına buraxan, işdən çıxarılması faktının sədrin səlahiyyətlərinə aid məsələ kimi qarşılayan Mamed müəllim öz prinsipial mövqedən geri durmamış, bu gün də vaxtı ilə təmsil olunduğu H. Əliyev komandasına sadiqliyini itirməmişdir. Təəssüf doğuran məsələ odur ki, sağlam, dövlətinə, millətinə sadiq, daşıdığı vəzifənin məsuliyyətini dərk edən, insanlarla rəftarında ayır-buyur siyasətinə yol verməyən, ölkəsini ləyaqətlə təmsil edən Mamed müəllim kimi ləyaqətli insanlar bu gün törətdiyi yaramaz əməllərin zindanlarda acısını yaşayan ünsürlərin hədəfinə çvrilir və bu cür tiplər hansı yollarlasa da öz məqsədlərinə çatırlar. Amma unudurlar ki, bəndə cəzasından yayınmağı bacaranlar Allah cəzasından heç vaxt yayına bilməz.

Fuad 2018-02-01 20:01:13

Mamed müəllim vətənpərvər eyni zamanda dövlətinə və xalqına sadiq insandır

Yusif 2018-02-01 20:01:13

Memmed mellim kimi Dovletine , vezifesine , xalqina sadiq insan , memur cox azdir. Bu gun bir cox < nazir > , < memur > larin dovletene , Vetene sadiqliyini gorurk. Dovletin, xalqin emlakini veshicesine talayib , milyonlara sahib olublar. Bu gun de bezileri vezifelerinde oturub xalqi talamaqla meshguldurlar. Men axirinci defe Memmed Abbasovla 23 il bundan once gorushnushem. Onun kimi temiz, vezifesine, Dovlete qarshi sadiq Insan, memur, nazir cox az gormushem.

Naxçıvanl 2018-02-01 20:01:13

Zəmanə belədir ki, Mamed Abbasov kimi təmiz, saf, işgüzar insanları sevmirlər. İndi gərək yaltaq olmağı bacarasan ki, vəzifədə qalasan.

Abit 2018-02-01 20:01:13

Aye a Surxay qardaş bu qeder şeyi nece yerleşdirirsen?biz yazanda kesilib töküşür.Qaldı bu gözel insana heç heyfslenme,bir gün yad bir adam Şah Abbasa deyir "Sen kimsen atla bizim bağdan keçirsen?Şah Abbas gülümseyerek deyir 100 ilden sonra bileceksiz men kimem"

Əsgərxan 2018-02-01 20:01:13

MƏMMƏD MUELLİMİN HAQQİ İLK DEFE O BAŞ NAZİR TEYİN OLUNMAYANDA POZULMUŞDU.

surxay 2018-02-01 20:01:13

Doğrusu M.Abbasov kimi dürüst,öz siması,aydın mövqeyi,yüksək intellekti,bacarığı olan,əqidəli,nüfuzlu,xalq tərəfindən qəbul edilən birisinə bu münasibətin şahidi olanda adamın sadəcə olaraq əlləri yanına düşür.Onu da deyim ki,mən V.Talıbovu da həmişə alicənab,haqqı nahaqqa verməyən,əqidəli bir dövlət adamı kimi xarakterizə edərdim və bunun dəfələrlə özümə münasibətdə belə şahidi olmuşam.Bu yerdə Məmməd müəllimlə razılaşmamaq olmur,o da yaxşıları,dürüstləri qarabaqara izləyən qaranlıq xislətli adamların əməlləriylə bağlı...Vaxtilə mən də bu taleyi yaşadığımdan bu hisslər mənə tanışdır.Belə ki,1993-cü il 13 mart tarixdə YAP-ın Şahbuz rayonundakı təsis konfransındakı çıxışımdan sonar məhz mən də belə bir münasibətlə qarşılaşdım.Belə ki,rəhmətlik H.Əliyev konfransdan sonra məni YAP Naxcıvan şəhər Təşkilat Komitəsinin sədrinə tapşıraraq bu gəncın parlaq siyasi gələcəyi var ondan muğayat olun deyir.Ondan sonra həmin adam doğrudan da necə deyərlər məndən muğayat olmağa başlayır.O vaxt Naxcıvan daxili işlər naziri olan Mürsəl İsayevdən mənim həbsimi istəyir.Bir sözlə dünyanı mənə dar edir taki mən özüm könüllü YAP-I tərk edənədək.Rəhmətlik H.Əliyevin məndən muğayat olmasını istəməsini də elə həmin adam özü təsadüfən ağzından qaçırıb etiraf etmişdi.Bu gün ad vermirəm ona görə ki,həm rəhmətlik H.Əliyev,həmdə həmin adam dünyasını dəyişib,hər ikisi haqq dünyadadırlar mən isə…

Son yazılar