Bitkoinin qiyməti 100 dollara düşəcək

Dərc olunub: 01/02/2018 - 22:35

bitcoin-crash-dominance-index-e150030464485010 ildən sonra “Bitcoin”in qiyməti 100 min dollar ehtimalından çox 100 dollar olma ehtimalı ilə üzləşəcək.

“Report”un “Expert” jurnalına istinadən verdiyi xəbərə görə, bu açıqlamanı “Business Insider”ə IMF-in sabiq baş iqtisadçısı və FED İdarə Şurasının üzvü, Harvard Universitetinin professoru Kennet Roqof (Kenneth Rogoff) verib.

“Bitkoinin qiyməti sıfıra enməyəcək. Çünki Şimali Koreya və Rusiya hər zaman sanksiyalar səbəbindən ondan istifadə etməyə hazırdır. Hazırda, bitkoinin qiymətinin yüksək olmasına səbəb onun anonimliyidir. Lakin bitkoinin qanuni olması üçün anonimliyini itirməsi qaçılmazdır. Tədricən hökumətlər kriptovalyuta bazarının tənzimlənməsində əsas rol oynayacaq. Bank kartlarının və nağd pulların əvəz olunması elektron köçürmələrin təhlükəsizliyini azaldacaq. Bir anda anonim olmayan kriptovalyuta yaranacaq ki, bu da artıq anonim olmadığı üçün kriptovalyuta olmayacaq. Hazırda bu sahədə ideyalar çoxdur”, – deyə analitik bildirib.

K.Roqof xartırladıb ki, metal pullar da, kağız əskinaslar da özəl sektor tərəfindən yaradılıb, daha sonra hökumətlər onları tənzimləyib: “Kriptovalyuta məsələsində də prosesin təkrarlanması ehtimalı çoxdur. Monetar sistemdən söz düşəndə, onu hökumətlər işləyib hazırlayır”.


loading...




Fikrinizi bildirin