İKİ MÜHACİRİN TOQQUŞMASI – Hüseyn Abdullayev Rəsul Quliyevi təhqir etdi (VİDEO)

İki siyasi mühacir, iki prezidentliyə namizəd – eks-spiker Rəsul Quliyev və sabiq deputat Hüseyn Abdullayev arasında gözlənilməz gərginlik yaranıb.

“AzPolitika”nın məlumatına görə, Rəsul Quliyev Emin Hüseynova videomüsahibəsində Hüseyn Abdullayev və keçmiş səfir Arif Məmmədovun prezidentlik şansları barədə sualı da cavablandırıb. Eks-spiker onların heç birində prezidentlik potensialını görmədiyini bildirib. “Mən onların heç birini tanımıram, amma yazılarını oxumuşam. Düzdür, hamının belə bir iddiaya düşmək hüququ var, amma mən onlarda prezidentlik potensialı görmürəm” – R.Quliyev bildirib.

Eks-spikerin belə tikanlı açıqlamasına Hüseyn Abdullayevin cavabı özünəməxsus sərt olub. O, “Facebook”da R.Quliyevin əleyhinə kəskin fikirlər, hətta təhqirlər olan yazı paylaşıb.

“Xatırlayırsınızsa, mən öz namizədliyimi irəli sürdüktən sonra, İlham Əliyev aşiqi olan və bir vaxtlar guya mənim ona vurduğum zərbədən beyin travması alan, lakin nədənsə kəllə-beyin deyil, bir ginekoloq həkimi tərəfindən müayinədən keçən Fəzail Ağamalı bəyan etdi ki, Hüseyn Abdullayevin potensialı yoxdur və o prezident seçilə bilməz. Bu günlərdə isə Emin Hüseynovun qonağı olan Rəsul Quliyev eyni ifadəni təkrarlayaraq, haqqımda xoşagəlməz və sərsəm sözlər işlətmişdir” – H.Abdullayev yazır.

“Birincisi, sən... (Zəruri redaktə-red.) mənim hansı potensialımın olub-olmadığını müəyyən edirsən? İkincisi sən mənim üçün tamamən maraqsız və heç bir əhəmiyyət daşımayan, eyni zamanda tarixin zibilliyinə atılmış siyasi bir boşluqsan. İndi sən nə vaxtsa hansısa bir zavodun müdiri olmusan deyə, ölkədəki iqtisadi, hüquqi və köklü siyasi islahatların necə aparılmasını səndən başqa heç kimin edə bilməyəcəyini düşünürsən?” – deyə, H.Abdullayev daha sonra eks-spikerə suallar ünvanlayıb.

Sabiq deputat özündənrazı adamlardan zəhləsi getdiyini bildirib, R.Quliyevi qorxudan ölkədən qaçmaqda ittiham edib. Sitat: “Heç özünə hörmət edən adam deyərmi ki, mən kifayət qədər ağıllı adamam? İnsan var ki, yaşlaşanda üzünə nur, kəlamlarına müdriklik dolar. Görünür səndə əks proses gedib... Açığı iqtidar nümayəndələrinin məni tənqid etmələrinə və haqqımda nəsə demələrinə məhəl qoymuram artıq. Amma özünü bu rejimə muxalif sayan və elə bir ciddi təhdidlə qarşılaşmamasına baxmayaraq, qaçıb 22 ildir Amerikada gizlənən birisinin haqqımda dediyinə çox üzüldüm".

Qeyd edək ki, bir müddət əvvəl siyasi çevrələrdə Rəsul Quliyevlə Hüseyn Abdullayevin prezident seçkiləri öncəsi ittifaq qura biləcəkləri barəsində müzakirələr gedirdi. Belə görünür ki, belə ehtimalların heç bir əsası olmayıb.

R.Əliyev

AzPolitika.info

635x100

Şərhlər

Mirsadiq 2018-02-01 21:24:10

Bu müsahibə Hüseynin ola bilməz.O azsavadlıdır.Rəsul savadlı olsada korrupsiya onun canındadır.

Azər 2018-02-01 21:24:10

BUNLARIN HEÇ BİRİNDƏN MİLLƏTƏ BİR XEYİR GƏLƏN DEYİL ANCAQ ZİYAN GƏLƏR

oxucu 2018-02-01 21:24:10

Sizin hər ikinizə M.Saakaşvilini xarırlatmağa məcburuq, düşünün və ibrət dərsi alın, cənab namizədlər...

idris 2018-02-01 21:24:10

Bunlar dar düşüncəli insanlardır.Bunlardan başqa da prezedentliyə namizədlər olacaqdır.Ancaq yadınızda saxlayın hakimiyyət sahibi kimi prezidentliyə namizəd göstərsə o da prezident təyin ediləcək- saxtakarlıq üzrə Dünya çempionu MSK-nın sədri M.Pənahov tərəfindən.

NAXCURİK 2018-02-01 21:24:10

BİNLAR BİRİ-BİRİNİ QİRACAD DA BƏ. NİYƏ? KİM QOYAR Kİ İCTİMAİ SİYASİ MUHİT FORMALAŞA OZU DƏ RƏSUL YA DA QUSKA TƏRƏFİNDƏN. BƏS ƏLİ HƏSƏNOV HARA BAXİR Kİ? DEYİLLƏR ... BİİRƏM SAYT BİNİ VERMƏZSƏN AXİ.

G.M 2018-02-01 21:24:10

Baxın,bu Azərbaycan reallığına.Heç biri Bakıya gələ bilmir.Prezident namizədliyi uğurunda ``qırğına`` çıxırlar.Əslində bu iki həmyerlinin tərədarları birlikdə götürülsə Sədərək Bazarındakı satıcıların sayı qədərdi.Və bu qarşıdurmadan sonra o da olmayacaq.Seçkilər ancaq Cənab İ.Əliyev,İ.Məmmədov və Ə.Kərimli arasında maraq kəsb edə bilər.İndiki vəziyətdə isə İ.Əliyev alternativsiz liderdi.

Taliw 2018-02-01 21:24:10

sizin ikinizde 0 - in altindasiz, xalqin ureyin bulandirmayin.

Famil 2018-02-01 21:24:10

Allah sene rehmet elesin Heyder baba!Sen olmasaydin gor kimler bu torpaqda at oynadacaqdi.Elementar polemika aparmaq medeniyyeti olmayan bu ... iddiaya bir bax!!!Nece iller qorxunuzdan qacib onun bunun qoltuguna siginmisiniz, hec olmasa elementar etik normalari oyrenin!!!!

Son yazılar