Afrindən Türkiyəyə atılan raket restorana düşüb
Baxiş sayı:
Dərc olunub:
01/02/2018 - 19:23
Türkiyənin Suriya ilə sərhədində yerləşən Kilis şəhərinə bu gün üçüncü raket atılıb.
APA-nın “NTV”-yə istinadən verdiyi xəbərə görə, Suriyanın Afrin bölgəsindən atılan raket şəhərdəki restoranlardan birinə düşüb.
Hadisə nəticəsində yaralananların olduğu bildirilir.
Qeyd edək ki, bu gün ərzində Suriya ərazisindən Türkiyəyə daha iki raket atılıb.
Dünən isə Suriyadan Türkiyənin Hatay vilayətinin Reyhanlı rayonuna atılan raketin partlaması nəticəsində 17 yaşındakı Fatma Avlar adlı qız yatdığı yerdə ölüb.
Xatırladaq ki, Türkiyə Ordusu Afrində əməliyyat keçirir.
Ölkə
Son yazılar
20:36
STRATEJİ UĞURUN PƏRDƏARXASI – Azərbaycan Rusiya hərbçilərini ölkədən çıxarmağa necə nail oldu?
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.