Yasamalda soyğunçu qadından 900 manat götürərək qaçıb

Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi” Xidmətinə Yasamal rayonu ərazisində bir qadının pulunun açıq talama yolu ilə alınması barədə müraciət daxil olub.

DİN-in mətbuat xidmətindən bildiriblər ki, məlumatla əlaqədar Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla S.Qurbanov küçəsində Bakı şəhər sakini T.Məmmədovanın 900 manat pulunun soyğunçuluq yolu ilə alınması məlum olub.

Dərhal başlanılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxs qısa zamanda müəyyən edilib. Soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Alim Ağayev saxlanılaraq istintaqa cəlb edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar