İclasa gecikən nazir istefa verdi - "Çox utanıram, üzr istəyirəm”

Böyük Britaniyanın Beynəlxalq İnkişaf naziri Maykl Beyts Lordlar palatasının iclasına gecikdiyi üçün istefa verdiyini açıqlayıb.

Bu barədə “Qardian” informasiya yayıb.

“Yerimdə olmadığım üçün çox utanıram. Buna görə də dərhal Baş nazirə istefamı təklif edəcəm. Üzr istəyirəm”, – parlamentin iclasına cəmi bir neçə dəqiqə gecikən nazir bildirib.

Nazirin istefa ilə bağlı sözləri Lordlar palatasında etirazla qarşılanıb. Böyük Britaniyanın Baş nazirinin ofisində nazirin istefa ərizəsinin qəbul edilmədiyi və Beytsin öz postunda qaldığı bildirilib.

Qeyd edək ki, Maykl Beyts 2008-ci ildə nazir postuna gətirilib/Axar.az.

635x100

Şərhlər

Akif 2018-02-01 22:40:10

Maykl Beyts əsl dövlət məmuru nümunəsi göstərib. Amma, Azərbaycan məmurları xalq üçün deyil,öz şəxsi mənfəətləri üçün tutduqları vəzifədə ölənə qədər qalarlar.

Son yazılar