Həmsədrlərin Azərbaycana səfər tarixi dəqiqləşdi

ATƏT-in Minsk qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovun (Rusiya) regiona səfərlərinin dəqiq tarixi məlum olub.

"AzPolitika"nın məlumatına görə, diplomatik mənbə APA-ya bildirib ki, vasitəçilərin regiona səfəri Azərbaycandan başlanacaq.

Onlar fevralın 3-də Bakıya gələcəklər.

Fevralın 4-də həmsədrlərin Azərbaycan rəsmiləri ilə görüşləri nəzərdə tutulur.

Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparılacaq.

Vasitəçilər Bakıdan İrəvana yollanacaq, orada Ermənistan rəhbərliyi ilə görüşəcəklər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar