80 qəpik əvəzinə 12 manatlıq preparat alırıq - Dərmanların ucuz variantları + SİYAHI

Həm həkimlər, həm pasiyentlər, həm əczaçılar yaxşı bilir ki, müasir farmakologiya daha çox gəlir əldə etmək üçün çarpışır, köhnə dərmanlara yeni ad, görkəm verərək istehsal edir. 10 illərdir mövcud olan standart dərmanlar var ki, onlarla eyni tərkibdə olan analoji preparatlar bazarı zəbt edib. Bəzən həkimə bu ağrıkəsicinin daha ucuzunu yaz deyəndə, avtomatik olaraq həmin dərmanın əvəzedicisini yazır.

Hazırda pasiyentin cibinə daha çox girməyi qarşısına məqsəd qoymuş farmakologiya imperiyası nədənsə həkimləri də təsiri altına alıb. Çünki çox həkimlər öskürək, qarınağrı dərmanı, mədə dərmanının qəpik-quruşa olan alternativini bilsələr də, reseptə müasir preparatları -bahalı olanı yazırlar.

Hazırda satışda olan 70-dən çox dərmanın analoji variantı var ki, onlar daha ucuz və sərfəlidir.

Məsələn, kimsə baş ağrısına görə pentalgin, nurofen içir, kim isə sitramon və ya analgin. Effekt eynidir, sadəcə birinə bahalıya başa gəlir, digərinə ucuza.

"AzPolitika" Medicina.az-a istinadla sizə çox məşhur, lazımlı preparatların müasir bahalı variantları ilə köhnə - ucuz variantlarının cədvəlini təqdim edir. Həkiminiz resept yazarkən mütləq daha ucuz, analoji dərmanların olub-olmamasını soruşun və xahiş edin ki, ucuzunu yazsın. Amma bu hər müalicəyə aid deyil. Çünki elə xəstəliklər var ki, onların preparatları yeni çıxıb və analoqu yoxdur.

635x100

Şərhlər

Sabir 2018-02-02 00:25:52

Bunu yazan hex neden Vasif cixmir.Her dermanin oz yeri var.Interneti oxuyub hekim olmaga mumkun deyil))

Adam 2018-02-02 00:25:52

Və lazımınca min cürə bəhanələrlə xəstəliyinin problem olduğunu deyərək özəldə müalıcə olunmasını tələb edir.Xəstə də naəlac qalıb razılaşır. Səhiyyə naziri də,qeyri başqaları da gözəl bilirlər ki,özıl klinikaların Azərbaycan xalqı üçün heç bir xeyri yoxdur.Ancaq və ancaq özəl klinikaların bəzi yuxarı məmurların və səhiyyə naziri və onun müavinlərinin cibləri üçün gəlir mənbəyidir. Onlar unudublar ki ALLAH hər kəsin əməlini görür və O hər şeyə qadirdir.Sadəcə bir az gec-tezi var.Necə ki Əli İnsanovun axır

Adam 2018-02-02 00:25:52

Niyə siz həkim tayfasi-nazirindən tutmuş adicə sahitarına qədər ALLAHdan qorxmursuz?Müalicə,ressep,müayinə,iynə vurmaq,xəstəxanada xəstəyə baxı,palata təmizləmə,təzyiq ölçdürmək,analız vermək,,,,,,-bunlar hamısı pulla həyata keçirilir.Güya özəl klinikalar insanların sağlamığı üçün dözlət xəstəxanalarından daha önəmli və sərfəlidir.Hal bu ki,özəldə işləyən həkim eyni ilə dövlət xəstəxanasında işləyir və yanına gələn xəstələri bişim-bişim bişirərək özəl xəstəxanaya öz yanına göndərir.Və lazımınca min cürə

Son yazılar