İŞƏ PİYADA GƏLİB-GEDƏN NAZİR KİMDİR? – “Yalnız tədbirlər zamanı maşından istifadə edir”

Dərc olunub: 02/02/2018 - 11:06

52ef5f9b36b8d53b6a5c470da414ff31Vergilər naziri Mikayıl Cabbarovun Azərbaycan istehsalı olan “NAZ-Lifan” markalı xidməti avtomobildən istifadə etməsi cəmiyyətdə maraqla qarşılanıb. Bildirilir ki, M.Cabbarov həftənin bəzi günlərində xidmətində olan “NAZ-Lifan” markalı Azərbaycan istehsalı maşından da istifadə edir.

Bir müddət öncə Prezident İlham Əliyevin də Naxçıvan Avtomobil Zavodunun istehsalı olan maşınlardan rəsmi qurumların istifadəsini tövsiyə etməsi M.Cabbarovun məntiqi izahı kimi qəbul olunur. Ancaq heç də bütün nazirlərimiz və ya nazirliklərimizdəki xidməti avtomobillər NAZ maşınlarına üstünlük vermir. Hətta Vergilər nazirliyinin özündə belə nazirin bu addımı onun müavinləri və idarə rəisləri üçün nümunə olmayıb.

Görəsən, digər nazirlər və müavinləri hansı xidməti avtomobillərdən istifadə edirlər?

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, nazir Hüseyn Bağırov adətən işə piyada gedib-gəlir. Yalnız tədbirlər zamanı BMV markalı xidməti maşından istifadə edir.

Картинки по запросу

Qeyd edək ki, H.Bağırovun illərdir işə adətən piyada gedib gəlməsi və onu ən yaxşı halda köməkçisinin müşayiət etməsini Bakı sakinləri də hər zaman müşahidə edir.

Mədəniyyət və Turizm Nazirliyindən isə bildirilib ki, nazirliyin aparatında yalnız nazir və nazir müavinlərinin istifadəsində xidməti avtomobillər mövcuddur. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev BMV, nazir müavinləri isə “Nissan” markalı avtomobillərdən istifadə edir.

Картинки по запросу Əbülfəs Qarayev

Bir həftədən artıqdır digər nazirliklərə göndərilən sorğuya isə cavab verilməyib.

Xatırladaq ki, nazir və nazir müavinlərinin böyük əksəriyyətinin xidməti maşını BMV və “Mersedes” markalı avtomobillərdir.


loading...




Fikrinizi bildirin