MOSKVANIN QARABAĞLA BAĞLI NİYYƏTİ AÇIQLANDI –  “Azərbaycan Rusiyaya birləşsin…” 

Dərc olunub: 02/02/2018 - 11:56

jirinovskiQarabağ münaqişəsinin yeganə həll yolu milli sərhədlər nəzərə alınmaqla, Rusiya Federasiyası ilə birləşməkdir.Oxu.Az xəbər verir ki, bunu “Rossiya dlya vsex” nəşrinə müsahibəsində Rusiyanın Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovski deyib.

“Qarabağ problemi artıq 30 ildir ki davam edir. Təəssüf ki, bu postsovet məkanında yeganə belə münaqişə deyil. Ukrayna, Gürcüstan, Orta Asiya ölkələri – hər yerdə eyni problem var.
Yalnız bir çıxış yolu var – milli sərhədlər saxlanılmaqla, Rusiya ilə birləşmək. Mən keçmiş SSRİ-nin bütün ölkələrini nəzərdə tuturam. Əlbəttə ki, yalnız referendum yolu ilə. Yalnız bir dövlət çərçivəsində biz belə münaqişələrə son qoya biləcəyik. Birinin digərinin torpağını zəbt etməsi ilə bağlı inciklik olmayacaq – hamının bir torpağı olacaq”,
– deyə o bildirib.

Jirinovskinin sözlərinə görə, Azərbaycana uzaq Avropa ilə müqayisədə Rusiya ilə əməkdaşlıq etmək daha sərfəlidir:“Belə bir ittifaqın daxilində biz cənubda yetişdirilən bütün məhsulları almağa hazırıq. Əvəzində isə onlara hərbi və mülki texnika təklif edəcəyik”.

Rusiyalı siyasətçi əlavə edib ki, rəsmi Moskva Bakının siyasətini həmişə dəstəkləyib və çətin zamanlarda kömək edib: “Bizi müdafiə və iqtisadi layihələr birləşdirir. Hesab edirik ki, Azərbaycanda bunu başa düşürlər. Mən bir neçə dəfə Azərbaycanda olmuşam və həm hazırkı, həm də keçmiş prezidentlə görüşmüşəm. Bizim üçün çox əhəmiyyətli ölkədir”.

images“AzPolitika.info” qeyd edir ki, Jirinovski bu fikirləri onun növbəti sərsəmləməsi kimi qəbul oluna bilməz. Məlumdur ki, Jirinovski bir çox hallarda Kremlin rəsmi şəkildə açıqlaya bilmədiklərini söyləyir. Daha dəqiqi, Putin özünün imperialist  arzularını Jirinovskinin dili ilə açıqlayır. Bu baxımdan Qarabağ münaqişəsinin həlli ilə bağlı Jirinovskinın  açıqlaması da əslində rəsmi Moskvanın mövqeyi kimi qəbul oluna bilər.

Jirinovski isə Azərbaycana “Qarabağ münaqişəsinin YEGANƏ HƏLL YOLU” kimi müstəqilliyindən imtina etməyi, Rusiyaya birləşməyi təklif edir. Diqqət edin, “yeganə həll yolu  kimi” deyir. Yəni, başqa həll variantlara Moskvanın imkan verməyəcəyini açıq şəkildə söyləyir. 

qarabag-fotoff (1)Əslində bununla o, həm də Dağlıq Qarabağın və ətraf rayonların işğalının arxasında Rusiyanın dayandığını etiraf edir. Və bu işğala “son vermək”, daha dəqiqi sadəcə məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasını təmin etmək üçün,  Azərbaycana yenidən Rusiyanın boyunduruğu altına girmək təklif olunur.

Ancaq bu, sadəcə təklif deyil, həm də Moskvanın niyyətidir. Unutmayaq ki, Rusiya hələ də SSRİ-nin sərhədlərini bərpa etmək niyyətindən vaz keçməyib. 

Murad
AzPolitika.info


loading...




Fikrinizi bildirin